Arxiv
8 Avqust 2015, 09:35 | FOTOSÖHBƏT
Bəhram Bağırzadə ilə FOTOSÖHBƏT

Modern.az saytı "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü, şoumen Bəhram Bağırzadə ilə FOTOSÖHBƏT layihəsini təqdim edir. 

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası isə teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK-nin üzvüdür.

1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.

Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubu yarışlarında " "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda MDB məkanında 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və 20-ci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb. 

Ailəlidir, iki övladı var.


 Atam və anam ilə. Burda yeni anadan olmuşam.


Xalam oğlanları ilə. Biz belə bir şəkli 40 ildən sonra da çəkdirdik.

 

Rəhmətlik əmim ilə. Ən sevdiyim əmilərimdən idi. O vaxt tapdıqca məni kinoya aparardı. Bu şəkili də elə filmə baxıb çıxdıqdan sonra çəkdimişik.


Bu şəkil "Zabitlər bağı"nda çəklib. Mən uşaqlıqdan futbolu sevmişəm. "Neftçi"nin azarkeşidi, gedib "Zabitlər bağı"nda şəkli çəkdirib.

 

Uşaqlıqdan Zeynəb Xanlarovanın pərəstişkarıyam. Və 30 ildən sonra Allah mənə Zeynəb xanımın özü ilə canlı şəkil çəkdriməyi qismət etdi.

 

Keçmiş Basin küçəsində çəkilib. Velosipedin adı da "Ukraina"dı.


Bacımla velosiped sürürük.

 

Başımda gördüyünüz papağı atam mənim üçün tikdirmişdi. Həmişə deyirdi ki, kişinin başında papağı olmalıdır.

 

1980-81-ci illər. 189 saylı məktəbdə. Mən indiyə kimi də sinif yoldaşlarımla görüşürəm. May ayında bizə icazə vermişdilər ki, sərbəst geyimdə şəkil çəkdirək.

 

Həvəskar kimi gənc yaşlarımda boksla da məşğul olurdum. O vaxt Rauf Cabbarov mənə dedi ki, gəl səninlə məşq edək, nə vaxtsa lazımın olar.

 

1995-ci il sentyabrın axırları. Anar Məmmədxanov, Ənvər Mansurov və Teymur Vanşteyn ilə birlikdə "KVN kuboku" qazandığımıza görə sevinirik.

 

Məhlə uşaqları 25 ildən sonra yenidən görüşdük. Sağ tərəfdəki oğlan  indi İsraildə yaşayır. Onların hamısı yüksək vəzifə sahibləridir. 

 

1996-cı ildə KVN komandasının yubileylərindən birində Heydər Əliyevlə xatirə şəkli...

 

 Uşaqlarla qələbə sevincimizi paylaşırıq.

Aleksandr Abdulovla - görkəmli rus aktyoru ilə.


Yazıçılar Birliyinin katibi və "Neftçi" futbol klubunun prezidenti Çingiz Abdullayevlə. Mən fəxr edirəm ki, Çingiz müəllim kimi bir insanla çalışıram.


Məşhur fransız futbolçusu Mişel Platini ilə. Mən uşaqlıqda futbol oynadığım zaman onun fəndlərini etməyə çalışmışam. Və qismət oldu ki, 10 il sonra Platini bizim məktəbə gəldi və mən onunla şəkil çəkdirdim. Görüşümüz zamanı mən bu haqda özünə danışdım. 

 

Məkkədə Həcc ziyarəti zamanı...


Rəhmətlik atamla. Yuxarıdakı çəkil 1974-cü ildə çəkilib. Aşağıdakı şəkil 2004-cü ildə... Bu dəfə mən atamı apardım Heydər Əliyev Sarayının qarşısına ki, gedək orda şəkil çəkdirək. 

 

Müslüm Maqomayev dövrünün dahi şəxsiyyət idi...

 

Bu şəkil Latviyada çəklib. Atı görüncə türkəm deyib, qalxdım at belinə, belə bir şəkil alındı.

 
  Dünya şöhrətli tanınmış rəssam Tahir Salahovla... Mən belə bir insanı tanıdığıma görə çox şanslıyam.

2007-ci ildə Səttar Bəhlulzadə adına bədii rəsm qalereyisında atamla sərgimiz oldu. Baxmayaraq ki, atam polis polkovniki idi, arada rəsmlər də çəkirdi. Mən də atama baxıb hərdən cızma-qaralar edirdim.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmdə tərəf müqabili idik.

Pərvin ARZUQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan idmançısı bürünc medal qazanıb 22 Aprel 2019, 00:24 Azərbaycan millisinin sabiq futbolçusu döyüldü 22 Aprel 2019, 00:07 Ukraynada səsvermənin ilk rəsmi nəticəsi açıqlandı 21 Aprel 2019, 23:49 Şimali Makedoniyada seçkilərin ilkin nəticələri açıqlandı 21 Aprel 2019, 23:28 Kılıçdaroğluna hücum edən 6 nəfər həbs edildi 21 Aprel 2019, 23:10 Bakıdakı yanğında iki azyaşlı tüstüdən zəhərləndi 21 Aprel 2019, 23:00 Zelenskinin daxili və xarici siyasəti necə olacaq? - Politoloq şərhi 21 Aprel 2019, 22:41 Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22