Modern.az

Pənah Hüseyn Milli Məclis Aparatından halallıq istədi

Pənah Hüseyn Milli Məclis Aparatından halallıq istədi

13 Oktyabr 2010, 17:45

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin xərclər smetasına dair sənəd müzakirə olunarkən deputat Pəhan Hüseyn söz alaraq deyib ki, həmin sənəd onun ürəklə səs verəcəyi layihədir. P.Hüseyn Milli Məclisdə görülən texniki və bu qəbildən olan digər işləri yüksək qiymətləndirib. O, buna görə Milli Məclis aparatında çalışan texniki işçilərdən hallalıq istəyib: “Bu müddət ərzində bizimlə bir yerdə işləyən bütün insanlara, Milli Məclisin əməkdaşlarına təşəkkürümü bildirirəm. Hamıdan halallıq istəyirəm. Çünki əziyyətimizi çəkiblər”.

P.Hüseynin bu çıxışındam kövrəldiyini vurğulayan deputat Siyavuş Novruzov ona öz atmacası ilə münasibət bildirib. S.Novruzov P.Hüseynin nahaq hallalıq istədiyini qeyd edib. YAP-çı millət vəkili müxalifətçi həmkarının hələ növbəti parlamentdə də əyləşəcəyinə işarə edib:
“Pənah Hüseyn nahaq belə kövrək notlarla danışıb, halallıq istəyir. Darıxma, kövrəlmə, çünki sən yenə deputat seçiləcəksən”.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir