Modern.az

Rusiyada inflyasiya rüşvətin həcmini artırıb

Rusiyada inflyasiya rüşvətin həcmini artırıb

31 İyul 2015, 16:01



Rusiya məmurlarının orta rüşvət miqdarı 2014-cü illə müqayisədə iki dəfə artıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, əgər rüşvət və kommersiya rüşvəti 109 min rubl idisə, indi bu rəqəm 208 min rubldur.

Rusiya Federasiyası İctimai Palatasının üzvü Dmitri Çuqunov bunun səbəbini belə izah etməyə çalışıb:

“Əgər 2014-cü ilin birinci yarısında dolların kursu 35 rubl olarkən orta rüşvət həcmi 100 min rubl idisə, 2015-ci ilin birinci yarısınıda bu göstərici bir dollar 55 rubl olanda rüşvətin həcmi artıq 200 min rubla çatıb. Bu onunla izah olunur ki, məmurlar rüşvəti dollarla götürməyə adət ediblər”.

Korrupsiya əleyhinə Milli Komitənin sədri Kiril Kananovun fikrincə, rüşvətin dəqiq orta həcmini müəyyənləşdirmək mümkün deyil.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir