Modern.az

Ülvi Quliyevin deputatlığa namizədliyi qeydə alındı

Ülvi Quliyevin deputatlığa namizədliyi qeydə alındı

Parlament

14 Oktyabr 2010, 10:18

Namizədliyini 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürən Milli Məclisin bitərəf üzvü Ülvi Quliyevin deputatlığa namizədliyi qeydə alınıb. Modern.az saytı bu barədə Mərkəzii Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinə istinadla xəbər verir.

Qeyd edək ki, Ü.Quliyev 2005-ci ildə 21 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdi.
O, bu dəfə dairəsini dəyişən yeganə deputat deyil.

17 sayli Yasamal üçüncü seki dairəsindən millət vəkilinin 13 rəqibi qeydə alınıb. Bunların arasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, ALP-nin sədr müavini Elman Məmmədzadə, ADP sədrinin müavini Həsrət Rüstəmov, ASDP həmsədri Araz Əlizadə və Müsavatçı professor Nüşabə Sadıxlı var. YAP bu dairədən vahid namizəd Tibb Unversitetinin həmkarlar ittifaqının sədri Samirə Quliyevanın namizədliyni irəli sürüb.

Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir.

2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb. Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı