Modern.az

Aç canavarlar avtomobil yolunu kəsiblər

Aç canavarlar avtomobil yolunu kəsiblər

14 Oktyabr 2010, 12:28

Rusiyada yemək tapmayan canavar sürüsü meşə sahəsindən avtomobil yoluna axışıb, Modern.az rus mətbuatına istinadla xəbər verir ki, yaranan vəziyyət xeyli qarışıqlığa səbəb olub. Sürücülər və polislər hadisəni maraqla izləyibər. Qeyri-adi hadisə təhlükəsizlik kameraları tərəfindən də saniyə-saniyə lentə alınıb. Yol polisinin üstünə gələn ac canavarları görəndə onların avtomobiliə minərək hadisə yerindən qacması da kameralarda əks olunub.

Görüntülərdən birində polis bir avtomobili saxlayıb sürücüdən lazımı sənədlərin göstərməsini tələb edir. Elə bu an polis qəfildən 15-ə yaxın canavarın ona tərəf gəldiyini görür.Yolun qarşı tərəfindəki maşınına gedə bilməyən polis elə saxladığı avtomobilin arxa oturacağına əyləşərək sürücüdən qaçmağı istəyir və onlar sürətlə oradan uzaqlaşırlar.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı