Modern.az

“Nurgün Motors”un ən yaxşı servis məsləhətçisi seçildi

“Nurgün Motors”un ən yaxşı servis məsləhətçisi seçildi

14 Oktyabr 2010, 19:15

”Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru olan “Nurgün Motors” eyni zamanda yuksək keyfiyyətli servis xidmətini də təklif edir. Servis isə avtomobil alan mustəri ucun ən vacib nüanslardan biridir. Uğurlu avtomobil satışı muştəriyə gostərilən servis xidmətinin səviyyəsindən cox asılıdır. Ona gorə də servisdə çalışan əməkdaşların müştəriyə yüksək səviyyəli xidmət göstərməsini təmin etməkdən ötru  “Nurgun Motors” mütəmadi olaraq treninqlər, motivasiya xarakterli aksiyalar və kampaniyalar həyata kecirir.

Bu sırasdan olan tədbirlərdən biri də “Nissan Servis”də çalışan servis məsləhətcilərinin ənənəvi NISAC (Nissan Service Advisors Contest) yarışmasıdır.

Hər il kecirilən bu yarışmaya bu il 6 servis məsləhətçisi qatılıb. Onlar “Nissan” standartlarına əsaslanan servis prosesinin müxtəlif mərhələlərini əhatə edən yazılı test və müştəri ilə bağlı olan 3 rol oyununda öz bilik və bacarıqlarını sınayıblar.
"Nissan"ın Regional Mərkəzindən gələn musahidəcinin və qonaqların istirakı ilə nəticələr hesablanandan sonra məlum olub ki, ən yaxşı servis məsləhətçisi üçün "Nissan"ın təsis etdiyi qızıl medalın sahibi Ramin Pasayevdir. Gümüş medalı Fəxri Vahabov, bürünc medalı isə Coşqun Məmmədov qazanıblar.

Qaydalara görə yarışmanın regional mərhələsində "Nurgün Motors"u Ramin Paşayev təmsil edəcək.

 

 


Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi