Modern.az

Göygölü seyr edək və qoruyaq - Nazirlikdən Milli Parkla bağlı rəsmi AÇIQLAMA

Göygölü seyr edək və qoruyaq - Nazirlikdən Milli Parkla bağlı rəsmi AÇIQLAMA

Reportaj

10 Avqust 2015, 18:59

Göygöl uzun əsrlərdən bəri azərbaycanlıların çox sevdiyi və hər zaman ziyarət etdiyi məkanlardan olub. Bakı üçün Qız qalası hansı status daşıyırsa, Göygöl də Gəncəbasar zonası üçün tarixi simvoldur. Azərbaycanın gözəl güşəsi olan, təbiəti və gözəlliyi ilə diqqəti çəkən Göygöl Milli Parkına artıq hər bir azərbaycanlı keçib, gözəlliklərdən valeh ola bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə Modern.az saytına  açıqlamasında bildirib ki, 1990-cı illər, eyni zamanda 2000-ci illərin əvvəllərində Göygöl ətrafında xaos hökum sürüb və bu təbiət obyekti pis şəkildə istismar olunub. Onun sözlərinə görə, bura tənzim olunmayan qaydada insanlar gəlirdi, onun ətrafında kef məclisləri qurulurdu, ətraf zibillənirdi, tonqal qalanırdı, meşələr qırılırdı, su çirkləndirilirdi.

“Bu səbəbdən 2008-ci ildə Göygöl Milli Parkı yarandı. Ekologiya və Təbii Sərvətklər Nazirliyinin əsas funksiyası Göygölü mühafizə etmək olub və bu gün də o funksiyanı daşıyır. Mühafizə, təbiəti bərpa etmək, göldə, meşələrdə bərpa prosesinin getməsi üçün bir müddət parka giriş məhdudlaşdırıldı. Bu müddət ərzində Göygöldə elmi-tədqiqat işləri də aparıldı, eyni zamanda təbii bərpa prosesi də getdi”.

H.Əlizadə vurğulayıb ki, artıq dünəndən etibarən ziyarətçilər məhdud tənzimləmə yolu ilə Göygöl Milli parkına daxil olurlar.

“Göygöl Milli Parkı birdən birə kütləvi surətdə ziyarətçiləri qəbul etmək iqtidarında deyil. Əgər belə kütləviliyə yol verilsə əvvəlki proseslərə qayıtmış olacayıq və nəticədə Milli Parkın ərazisi, Göygölün füsünkar mənzərəsi yenidən tapdaq altında qala bilər. Ona görə Milli Parkın mühafizə rejiminə uyğun olaraq müəyyən məhdudiyyətlər və tənzimləmə həyata keçirilməsi zəruriləşib. Bu o deməkdir ki, əvvəllər olduğu kimi ziyarətçilər öz başına və heç bir nəzarət olmadan ərazidə tonqal qalayıb kabab çəkə bilməzlər. Meşəni tullantılarla çirkləndirə bilməzlər. Bunlar nəzərə alınaraq ziyarətçilərin bütün təbəqələri üçün müvafiq ifrastruktur və şərait yaradılıb. Orada özəl təşkilatlar müxtəlif təbəqli insanlar üçün , onların maddi vəziyyətlərinə uyğun restoranlar, otellər açıblar. Artıq insanlarımız, həm təbiətdən zövq ala biləcək, ictimai-iaşə məqsədilə istifadə edə biləcək”.

H.Əlizadə park ərazisində tursitlər üçün bələdçilərin, xüsusi marşurutların olduğunu da qeyd edib.

“Göygöl Milli Park statusuna malik olan ərazidir. İnsnalarımız üçün marifləndirici xüsusiyyət daşıyır. Bələdçilərimiz var, turistlərin şüurlu sürətdə müəyyən edilmiş marşutularla gəzintisinə icazə verilir. Yoxsa turistin özbaşına harada istədi gəzməsi, ocaq qalması yolverilməzdir. Göygöl gözəl təbiət abidəsindən əlavə, Gəncə şəhərinin su mənbəyidir. Oranın mühafizəsi strateji əhəmiyyətli məsələdir. Bələdçilərimiz, insanlar  arasında maarifləndirici vərəqlər paylayacaq və təbliğat işləri aparacaqlar”.

ETSN nümayəndəsinin sözlərinə görə, Göygöl Milli Parkına Nazirlər Kabinetinin 21 aprel 2015-ci aprel qərarına əsasən 2 manat ödəniş etməklə daxil olmaq mümkündür.

 Göygölü qorumağı şüar kimi səsləndirən Hikmət Əlizadə Azərbaycan vətəndaşlarına müraciət edib: “Ora gedən insanlar diqqətli olsunlar. Biz əgər Göygölü Azərbaycnaın simvolu hesab ediriksə orada artıq hərəkətlər yol verməməliyik. Və birinci növbədə oranın mühafizəsini düşünməliyik”.


Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!