Modern.az

“Ekspress” qəzetinin 15 yaşı tamam oldu

“Ekspress” qəzetinin 15 yaşı tamam oldu

Media

15 Oktyabr 2010, 14:52

Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Ekspress” qəzetinin bu gün 15 yaşı tamam olub.
Modern.az saytına açıqlamasında “Ekspress”in redaktoru Qalib İbrahimoğlu bildirib ki, qəzetin yubley mərasiminin geniş şəkildə keçirilməyəcək.

“Buna baxmayaraq dar çərçivədə də olsa tədbirlərimiz olacaq. “Ekspress” qəzeti elə bir qəzetdir ki, digər qəzetlərdən fərqli olaraq özünüreklama çox böyük yer vermir. Buna görə də istər əvvəlki ad günlərini, istərsə də yubleyi geniş qeyd eləməmişik, bircə dəfə qəzetin 10 yaşı tamam olanda “Gilavar” restoranında böyük bir tədbirimiz olub. Ondan sonrakı ad günlərimiz kollektiv çərçivəsində keçirilib. Bu dəfə də ad günümüzü yəqin ki, dar çərçivədə qeyd edəcəyik”.

Q.İbrahimoğlunin sözlərinə görə, “Ekspress” qəzetinin digər qəzetlər arasında yerini harda olmasını oxucular təyin edə bilər.

“Ancaq buna baxmayaraq, heç kəs ayranına turş demədiyi kimi, biz də kollektivdə “Ekspress”i ən yuxarı yerlərin birində görürük. Yəni oxucuların diqqət mərkəzində olan bir qəzet kimi həmişə öncüllərdən biri saymışıq özümüzü. İndiyəcən hansı templə işləmişiksə, yəqin gələcəkdə də o cür davam edəcəyik. Təbii ki, oxucuların marağını nəzərə almaq şərtiylə”.

“Ekspress” qəzetində yaxın gələcəkdə ciddi dəyişikliyin olmayacağını söyləyən redaktor “amma yerimizdə də saymaq fikrində deyilik, inşallah gələcəkdə inkşaf baxımından yeniliklərimiz də olacaq” deyə əlavə edib.

Mail Ağaxanov 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi