Modern.az

Dünyanın ən bahalı 10 oteli - Gecəsi 52 min dollara olan otel hansıdır?

Dünyanın ən bahalı 10 oteli - Gecəsi 52 min dollara olan otel hansıdır?

11 Avqust 2015, 14:58

Yay ayları adətən dünya iqtisadiyyatının önəmli sektoruna çevrilmiş turizm üçün ən əlverişli mövsüm sayılır. İnsanlar populyar turizm bölgələrinə gedərək brend otellərdə dincəlirlər.  

Modern.az beynəlxalq təkşilatların monitorinqinə əsasən ən bahalı otellərin reytinqini təqdim edir.    

10. Fransadakı “Park Hyatt-Vendomе” oteli – 15,5 min dollar


 Dünyanın ən bahalı otelləri arasında 10-cu pillədə qərarlaşmış “Park Hyatt-Vendomе” dünyanın ən romantik şəhəri olan Parisdə yerləşir. Otelin ən lüks nömrəsi olan “İmperial Suite”də 1 gecə qalmaq üçün turistlər 15 500 dollar pul ödəməlidirlər. 740 kvadrat metrdən çox sahəsi olan mehmanxanada ödənilən məbləğ qarşılığında Fransa kulinariyasının nümunələri ilə tanış olmaq, bar yaxud saunada istirahət etmək, hovuzda üzmək və hidomasaj vannası qəbul etmək mümkündür.  

9. Fransadakı “Four Seasons George V” oteli – 16 min dollar    


Ən bahalı otellər sırasında növbəti pilləni də Parisdə yerləşən otel tutur. “Four Seasons George V” otelinin ən bahalı nömrə gecəsi üçün 16 000 dollar ödəniş tələb olunan “Royal Suite” nömrəsidir. Əntiq mebel, sauna, sahəsi 2500 kvadrat metr olan isrirahət otağı və s. Bu nömrəyə dəyər qazandırır.  

8. İsveçrədəki “Le Richemond” oteli – 17,5 min dollar    


İsveçrənin Cenevrə şəhərində yerləşən “Le Richemond” oteli isə ən bahalı 8-ci otel sayılır. Belə ki, 2007-ci ildə rekonstruksiya işləri zamanı otelin 7-ci mərtəbəsində lüks “Royal Armleder Suite” nömrə hazırlanıb. Cenevrəyə və Alp dağlarına möhtəşəm mənzərənin açıldığı nömrədə geniş otaqlar, terrasa, qızıl suyuna çəkilmiş mebel və mozaikalarla bəzədilmiş divarlar mövcuddur. Bu xidmətlər qarşlığında isə turist 1 gecə üçün 17 500 dollarından keçməli olacaq.    

7. Birləşmiş Ərəb Əmirliklərindəki “Burj Al Arab” oteli – 18 min dollar  


Şərqin ən dimanik şəhərlərindən sayılan Dubay Birləmiş Ərəb Əmirliklərinin əsas biznes mərkəzidir. Burada inşa olunmuş “Burj Al Aarab” göydələni isə şəhərin yaxın illər üçün əsas simvoluna çevrilib.   Mehmanaxa xidmətləri də göstərən “Burj Al Aarab”da xüsusi qonaqlar üçün “Royal Suite” nömrə imövcuddur. 18 000 dollar ödəyən şəxs pilləkən vasitəsilə bir-birinə birləşən 2 mərtəbəli nömrədə istədiyi kimi əylənə bilər. Nömrədə lift, kinoteatr mövciuddur. Qonağın ürəyi istəsə göydələnin damında yerləşən helikopterlə Dubayı havadan seyr də edə bilər.  

6. Rusiyadakı “The Ritz Carlton” oteli – 18,2 min dollar  


Otel biznesi bahalığı ilə seçilən Ruisya paytaxtı Moskvada da siyahıda yer alır. Meqapolisin ən bahalı oteli “The Ritz Carlton” sayılır. Bu oteldə 18 200 dollara “Ritz-Kartlon Suite” nömrəsini 1 gecəlik kirayələmək olar. 700 kvadrat metrdən artı sahəsi olan nömrədə kitabxana, pianino, avtomatik isinən döşəmə, Moskvaya 10 metrlik pəncərədənə açılan panorama və s. özəlliklər var.  

5. Baham adalarındakı “The Atlantis” oteli – 25 min dollar

 

Karib dənizində yerləşən “The Atlantis” oteli bahalı otellərin ilk “beşliyini” açıq elan edir. Bahamın Paradeyz adasında ucalan otel “Bridge Suite” nömrəsinə görə 25 000 dollar ödəniş tələb edir. Komfortlu mebel, dənizin sahili, 10-dan artıq müxtəlif otaqlar bu nömrəni məhşurlar, o cümlədən Maykl Cekson və Opra Uinfri üçün  sevimli məkana çevirib.  

 4.İsveçrədəki “President Wilson Hotel” oteli – 33 min dollar 


“Onluq”da ikinci dəfə qeyd olunan İsveçrənin Cenevrə şəhəri 4-cü pillədə “President Wilson Hotel”lə təmsil olunur. “Royal Penthaus Suite” nömrəsi otelin fəxri hesab olunur. 33 min dollar qarşılğında qapılarını açan nömrədə 4 geniş otaq, konfrans zalı, şəhərə açılan panorama və s. var. Oteldə dövlət başçıları və diplomatlar daha çox qonaq olur.  

3. ABŞ-dakı “Four Seasons” oteli – 34 min dollar  


Nyu-Yorkun ən hündür goydələnlərindən olan “Four Seasons” oteli “Ty Warner Penthouse” nömrəsi ilə ən bahalı 3-cü otel sayılır. 34 min dollarlıq nömrədən bütün şəhər əlin çii kimi görsənir. Paralel olaraq, 9 geniş, lüks otaq, müxtəlif əyləncə mərkəzləri və dünyanın istənilən yerinə pulsuz zəng etmək üçün qurulmuş telefon gecə müştərini gecə boyu darıxmağa qoymayacaq.  

2. ABŞ-dakı “Palms Casino Resort” oteli – 40 min dollar  


ABŞ-ın “qumar paytaxtı” Las-Veqas ötel şəbəkəsinin rəngarəngliyi ilə tanınır. Şəhərdəki “Palms Casino Resort” otelinin “Hugh Hefnet Sky Villa” nömrəsi dünyanın ən bahalı 2-ci nömrəsi sayılır. Gecəsi 40 000 min dollar olan nömrədə fırlanan çarpayı, oyun avtomatları, boulinq cığırı və cakkuzi var.

Yunanıstyandakı “Grand Resort Lagonissi” – 52 min dollar


Dünyanın ən bahalı oteli isə Yunansıtanda yerləşir. Attika Laqonissi şəhərində yerləşən “Grand Resort Lagonissi” otelinin “Royal Villa” nömrəsi öz bahalığına görə rəqib tanımır. Bir gecəsi üçün 52 000 min dollar tələb edən nömrədə müştəriyə şəxsi qulluqçu, mühafizəçi və pianoçu təhkim olunur. Dənizə panorama, çimərlik və nadir ağac növlərindən hazırlanmış mebel “Royal Villa”nın əsas özəlliklərindəndir.    

Vüqar İsmayılov           

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir