Modern.az

Gənc Tamaşaçılar Teatrının direktoru mükafat alıb

Gənc Tamaşaçılar Teatrının direktoru mükafat alıb

Mədəni̇yyət

15 Oktyabr 2010, 17:04

Türkiyənin «AKBA-Yayıncılıq»  və Azərbaycanın «Media Print» kompaniyalarının təsisçiliyi ilə «İlin markası mükafatı 2010»un təltifetmə mərasimi keçirib.
Sözügedən mükafata bir sıra şirkətlər, hüquqi və fiziki şəxslər  çalışdıqları sahədə göstərdikləri əmək nailiyyətlərinə görə diplomlarla təltif olunub. Mükafatlandırılanlar sırasında olan Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın əməkdar artisti Mübariz Həmidov «İlin Teatr Xadimi» nominasiyası üzrə diploma layiq görülüb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!