Modern.az

Baba Tağıyev təbliğat kampaniyasına başladı

Baba Tağıyev təbliğat kampaniyasına başladı

15 Oktyabr 2010, 20:44

44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə deputatlığa namizəd  Baba Tağıyev təbliğat təşviqat kampaniyasına başlayıb. Bu barədə Modern.az-a deputatlığa namizədin özü məlumat verib. Təbliğat işlərinin uğurla getdiyini deyən namizəd qeyd edib ki, seçki prosesini normal qiymətləndirir. Rəqibləri ilə sivil çərçivədə mübarizə apracağını deyən Baba Tağıyev vurğulayıb ki, kampaniyası uğurla başlayıb.
“Uğur bizimlədi.  Məni yalnız qələbəm maraqlandırır”-deyə o bildirib.   Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olub. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir.
1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olub. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışıb. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlayıb. 1999-cu ildən «Tağıyev» şirkətlər qrupunun qurucusu və təsisçisidir.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 4 övladı var.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır