Modern.az

Azay Quliyev alternativlərini üstələdi

Azay Quliyev alternativlərini üstələdi

Parlament

15 Oktyabr 2010, 21:01


2010-cu il Milli Məclisə seçkilərin ilk təbligat-təşviqat günü Parlament Jurnalistlər Birliyi və Modern.az saytının layihəsi çərçivəsində 46 saylı Şirvan Seçki Dairəsində deputatlığa namizədlərin reytinqi ilə bağlı 200 respondent arasında sorğu keçirilib.

Rəyi soruşulanlardan deputatlığa namizədlərin - Bəşirli Əli, (4 saylı orta məktəbin müəllimi, KXCP), Əmənov Akif (Prezident təqaüdçüsü, bitərəf), Qocayev Rasim (9 saylı orta məktəbin müəllimi, “Qarabağ” Bloku), Quliyev Azay (Milli Məclisin deputatı,  bitərəf), Quliyev Azər (Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP), Səfərova Mətanət (MŞX-nin 2 saylı terapevtik şöbəsinin müdiri, YAP) hansının daha çox şanslı və nüfuzlu olması ilə bağlı fikirlər öyrənilib.

Qeyd edək ki, respondentlərin 30-u qadın, 170 isə kişi olub. Rəyi soruşulanlar müxtəlif yaş qruplarına məxsus olublar. Sorğuda iştirak edənlərin 34 nəfəri, yəni 17 faizi suala cavab verməkdən imtina ediblər Respondentlərin 120 nəfəri, 60 faizi Şirvanın indiki deputatı Azay Quliyevə səs verəcəklərini bildiriblər. Respondentlərin 28 nəfəri, 14 faizi Azər Quliyevi dəstəkləyəcəklərini deyiblər. Rəyi soruşulanların 9 nəfəri (4,5 faizi) Əli Bəşirliyə, 5 nəfəri (2,5 faizi) Rasim Qocayevə, 4 nəfəri (2 faizi) isə Mətanət Səfərova və Akif Əmənova səs verəcəklərini söyləyiblər.  

Qeyd edək ki, sorğu Şirvan şəhərinin Şirin Şükürov, Tofiq İsmayılov, Səməd Vurğun, Xaqani, Leytenant İbrahimov küçələrində və Rəsulzadə prospektində aparılıb.  

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı