Modern.az

Vahid Əhmədovdan xəbər var

Vahid Əhmədovdan xəbər var

Parlament

15 Oktyabr 2010, 22:19


Vahid Qazməmməd oğlu Əhmədov

QUBAYA YÜK OLANA DEYİL, QUBANIN YÜKÜNÜ ÇƏKƏNƏ SƏS VERİN!

TƏRCÜMƏYİ-HALI  

1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirib. 1965-71-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, mühəndis-energetik ixtisasına yiyələnib. 1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb. V.Əhmədov 1967-71-ci illərdə Şmidt (indiki Səttərxanadına ) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb. 1971-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1972-1977-ci illərdə yenidən zavoda qayıdaraq orada sex rəisi vəzifəsində işləmiş, 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
O, 1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmış, 1983-1986-cı illərdə “Bakı fəhləsi” adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1990—1995-ci illərdə Milli Məclisin deputatı, İqtisadi siyasət Komissiyasının sədri olmuşdur.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinə səs vermişdir. 1991-ci ildə Heydər Əliyevin də daxil olduğu, SSRİ-nin saxanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur. 2005-ci ildə Quba 52 saylı seçki dairəsindən  Milli Məclisə deputat seçilmişdir. “Sahibkar-Menecment” kitabının və 300-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika doktorudur.
Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Evlidir, iki övladı var.

SİZ SƏS VERİN Kİ, SƏSİNİZ BÜTÜN TRİBUNALARDAN EŞİDİLSİN!  

***
52 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədov oktyabrın 15-də rayonun Dərk və Yerfi kəndlərində seçicilərilə görüşlər  keçirib. Namizədin səlahiyyətli nümayəndəsi Şakir Şəfiyev Modern.az saytına bildirib ki, görüşdə hər iki kənd əhalisi fəal əkildə iştirak edib:

“İnsanlar Vahid Əhmədovun deputatlıq fəaliyyətindən razılıqlarını ifadə etdilər. Bundan başqa, onlar üzləşdikləri problemlərdən də danışdılar. Eyni zamanda yenidən Vahid Əhmədova səs verəcəklərini söylədilər”.  

Ş.Şəfiyev onu da bildirib ki, sabah Qrız, Əlik, Xınalıq, Ələk Xudat kəndlərində görüşlər keçirəcəklər. 

Modern.az      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub