Modern.az

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi...

Tələbə qəbulunda test üsulu - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası” necə zərərsizləşdirildi...

15 Noyabr 2017, 10:40

Bu il Azərbaycanda universitetlərə və kolleclərə növbəti tələbə qəbulu da test üsulu ilə yekunlaşdı. Bu gün minlərlə ailə övladının ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmağına görə sevinir. 


Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş 25 ildir mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir.

Abituriyentlərin test üsuli ilə ali təhsil ocaqlarına qəbul olunması prosesinə 1992-ci ildə başlanılıb. Ona qədər isə tələbə qəbulu yalnız üzbəüz imtahanla aparılırdı. Hamıya da məlumdur ki, üzbəüz şəraitdə imtahan götürən müəllimlər “seçmə adamların” rüşvətlə ali məktəbə qəbul olmasına şərait yaradırdı. Kütləvi rüşvətxorluğun geniş yayıldığı bir zamanda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının test üsülunu tətbiq etməsi hər kəsə, hətta imkansız ailələrin uşaqlarına da ali mətkəblərdə oxumaq imkanı verdi.

O düvrün gəncləri deyirlər ki, 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, test üsulunun tətbiqi həm valideynlərin, həm də ali təhsil ocaqlarında oxumaq arzusunda olan gələcəyin minlərlə tələbəsinin sevincinə səbəb oldu.

O zamandan sonra imkansız ailədən olan hər kəs anladı ki, əgər 10-11 il ərzində əldə etdiyi bilikləri daha da təkmilləşdirsə və yaxşı hazırlaşsa, rüşvətsiz imtahan verib universitetlərə qəbul oluna bilər.

“Azərbaycanda test üsulunun tətbiqi ilk dəfə 1992-ci il may ayının 28-də o vaxtki Azərbaycan Ana Torpaq Partiyasında müzakirə olunub. Beləliklə, həmin il ali məktəblərə tələbə qəbulunu həyata keçirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu”.

Ana Torpaq Partiyasının üzvlərindən biri olmuş Rövşən Qəmbər həmin günü belə xatırlayır.


R.Qəmbər deyir ki, o zaman Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını ən vacib məsələ sayıblar və partiya olaraq 1992-ci il mayın 28-də bunu parlament sədri ilə müzakirə edərək, təşəbbüs qaldırıblar.

“1990-cı ildə Azərbaycan parlamentinə keçirilən seçkilər zamanı mənim əsas mövzularımdan biri belə idi: əgər deputat seçilsəm, fəaliyyətim zamanı rüşvətsiz təhsil mübarizəmin əsas istiqamətlərindən biri olacaq. 1990-cı ldə ilk dəfə olaraq, ali məktəblərdə qəbulun Türkiyə və Almaniya sistemi ilə aparılmasının təşəbbüsünü qaldırdım. 1992-ci ildə Bakıya gələn Türkiyə ali məktəblərinin rektorları ilə görüşlərimizdə test üsulunu müzakirə etdik. Azərbaycandan bununla bağlı Türkiyəyə nümayəndə heyətinin göndərilməsini təklif etdik. İlk dəfə bu təklifi o zaman parlamentin sədri olan İsa Qəmbərə deyəndə dedi ki, “buna girişsək Azərbaycanda olan “qəbul mafiyası”nın qəzəbinə düçar olacağıq. Ölüm-itim ola bilər”. Amma geriyə addım atmadıq.

Beləcə, 1992-ci ilin iyul ayında prezident Əbülfəz Elçibəyin və prezidentin təhsil üzrə müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə ali məktəb rektorlarının qatıldığı müşavirə keçirildi. Həmin müşavirədə bütün rektorlar bir ağızdan test üsulunun tətbiqinə “hə” dedilər”.

Test üsulu elə bir vasitədir ki, istedadlı mütəxəssislərin tapılmasını asanlaşdırır. Bu üsul korrupsiya, rüşvətxorluğun, vəzifələrə təyinolunma prosesində neqativ halların kəskin azalmasına, bu prosesin ədalətli keçirilməsinə səbəb olan vazkeçilməz vasitə kimi Azərbaycanda möhkəmləndi”.

Keçmiş təhsil naziri Firudun Cəlilov da xatırlayır ki, Azərbaycan müstəqillik qazanan kimi ilk olaraq təhsildə islahat ediblər.

“O dönəmdə baş nazirin müavini işləyirdim. Birbaşa nəzarətimdə olan sahə kimi təhsilin reformasına cavabdeh idim. İlk işimiz təhsil qanunu yazmaq və onunla paralel dövlət tələbə qəbulu komissiyasını hazırlamaq, ali atestasiya komissiyasını yaratmaq, yeni dərslikləri yazmaq idi. İlk dəfə 2000 tələbəni testdən keçirib Türkiyəyə oxumağa göndərdik”.

F.Cəlilovun sözlərinə görə, o vaxt test üsulunun əleyhinə çıxanlar çox olsa da, onlar bu riskə gediblər.

“Türkiyədən mütəxəssisləri dəvət etdik, eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyi də bizə kömək edirdi. Demək olar ki, kabinetim ilk tələbə qəbulu komissiyasına çevrilmişdi. Bütün sənədləri orada hazırladıq, yeni komissiya yarandı və sədri Əbülfəz Elçibəyin qərarı ilə Vurğun Əyyub təyin olundu”.

Keçmiş nazir ilk qəbulun uğurla keçdiyini və kasıb ailələrdən olan savadlı uşaqların seçdikləri sahələr üzrə universitetlərə daxil olduğunu vurğulayıb.


“Test imtahanlarının tətbiqi müstəqilliyini yeni qazanmış bir dövlət üçün böyük uğur idi”.

Firudin Cəlilov geridə qalan 25 il ərzində uğurların qazanıldığını, amma bəzi yeniliklərə ehtiyac olduğunu da deyib. Onun sözlərinə görə artıq test üsulu ilə imtahanların keçirilməsi öz dövrünü başa vurub və yeni prinsiplər işlənməlidir.

Artıq hamı birmənalı olaraq bunu qəbul edir ki, tets üsulu 25 ildə böyük inkişaf tarixi keçib.

1992-ci ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu birlikdə aparılırdı. Abituriyentlər ərizələrində bu iki təhsil pilləsinin yalnız beş ixtisasını göstərə bilirdilər. Sonrakı illərdə isə ixtisas seçimi üçün yerlərin sayı artırıldı və hazırda abituriyetnlər 15-ə qədər ixtisas seçə bilərlər. Həmin illərdə imtahanlarda iştirak edənlərin cavab kartları Türkiyə Respublikasında çap edilir, imtahandan sonra onlar yenidən qardaş ölkəyə aparılıb optik oxuyucu qurğu vasitəsilə oxunur və ixtisaslar üzrə yerləşdirmə aparılırdı. Bu, 1995-ci ilə qədər davam etdi.

Məhz 1995-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyentin ərizəsi” və “Cavab kartı” formalarının kodlaşdırılaraq, hazırlanması və emalını Türkiyə Respublikasında deyil, Azərbaycanda həyata keçirməyə başladı. 

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə prezident təqaüdünün verilməsi ənənəsi 2002-ci ildən formalaşıb. Həmin il yeni dərs ilinin başlanması ərəfəsində mərhum dövlət başçısı Heydər Əliyev ali məktəblərə ən yüksək balla qəbul olmuş tələbələrin bir qrupunu Prezident Sarayında qəbul edib və orada prezident təqaüdü haqqında sərəncam təqdim edilib. Sonrakı illərdə prezident təqaüdü alan tələbələrin sayında və verilən məbləğdə artım müşahidə edilib.xtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışıb və bu yöndə əsaslı nailiyyətlər əldə edib.

Hazırda Dövlət İmtahan Mərkəzinin sədri olan Məleykə Abbaszadə deyir ki, bu nailiyyətlərdə ölkə rəhbərinin quruma göstərdiyi qayğı və köməyin, siyasi və mənəvi dəstəyin, xalqın inam və etimadının böyük rolu olub. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi