Modern.az

Ukraynada 100-dən çox hərbçi intihar edib

Ukraynada 100-dən çox hərbçi intihar edib

Dünya

15 Avqust 2015, 13:47

Donbasda Rusiyanın dəstəklədiyi separatçılara qarşı əməliyyatlar başlayandan bəri Ukrayna ordusunun 100—dən çox hərbçisi həyatına qəsd edib.

Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə, ölkənin Müdafiə Nazirliyindəki mənbə deyib ki, hazırda bu rəqəm 136-ya çatıb. Ancaq ordudakı intiharlar və depressiya ilə bağlı hərbçilər şərh vermirlər. Hazırda döyüş bölgəsindəki hərbçilərlə işləyən könüllü təşkilatlar həyəcan təbili çalırlar ki, orduda psixoloji diaqnoz və reabilitasiya ilə bağlı sistemli iş aparılmır.

Onların iddiasına görə, hətta Ukraynada psixoloji yardım göstərilməsi üçün dövlət sistemi də yoxdur, ona görə bu iş çox vaxt könüllülərin üzərinə düşür.

Məlumatda qeyd edilir ki, ölkələrin əksəriyyətində döyüşçülər hərbi münaqişə gedən ərazilərdən qayıdanda evə buraxılmırlar. Məsələn, Fransada belə hərbçilər bir yerə toplayıb istirahət üçün Kiprə yollayırlar.

Ukraynada isə belə adamlar öz taleyi ilə təkbətək qalırlar. Məsələn, “Sağ sektor”un döyüşçüsü, 24 yaşlı Artur möcüzə nəticəsində sağ qaldığı müharibə dəhşətinə tab gətirə bilməyib.

Hərbi məktəbi qurtaran Artur çağırış gözləmirdi, ancaq könüllü şəkildə vətənini müdafiə etməkdən ötrü Donetsk ətrafında vuruşub. Vodyanomda dostu gözlərinin qarşısında həyatını itirəndə bu dəhşətli səhnənin şahidi olan Arturun tez-tez əsəb sistemində pozuntular müşahidə edilib.

“O, binada dostu ilə bir yerdə olub. Deyir ki, gözlərimin qarşısında dostu parça-parça olub, sonra həmin parçaları selofan kisəyə yığıb”, - Arturun atası Valeri Qaltsev deyib.

Atası dərhal oğlunun oğlundakı dəyişikliyi hiss edib, kifayət qədər güclü və cəsarətli oğlan içkiyə qurşanıb  və yoldaşını xatırlarayaq göz yaşı töküb.

Artur bu vasitə ilə zədədən xilas ola bilməyib, mədəsindəki ağrılara görə xəstəxanaya düşüb, burada həkimlərə və xəstə baxıcılarına ölən insanları meyitxanaya daşımaqda kömək edib, sonra isə özünü üçüncü mərtəbədə pəncərədən atıb və möcüzə sayəsində sağ qalıb.

O, artıq yarım ildir kəllə-beyin zədəsi aldığı səbəbindən ən ağır vəziyyətdə olan pasiyentdir. Arturun aylıq müalicəsinə 70 min xərclənir. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür