Modern.az

Nabranda 5 ulduzlu unikal otel - REPORTAJ

Nabranda 5 ulduzlu unikal otel - REPORTAJ

17 Avqust 2015, 13:13

İl ərzində işləyənlər qəbul etdikləri stressi, yorğunluğu üzərlərindən atmaq üçün yay fəslini böyük səbirsizliklə gözləyirlər. Qısa müddətlik də olsa şəhərdən kənarda, təbiətin qoynunda, yaxud dəniz sahilində əsil istirahət etmək hər kəsin arzusudur. Buna Azərbaycanda yeni açılan “RİVER İNN RESORT” otelində də nail olmaq mümkündür. Nabranda açılan 5 ulduzlu yeni otel burada hər turistin istəklərini təmin etməyə imkan yaradır.

Modern.az xəbər verir ki, Xəzər dənizinin sahilində və relik meşələrin əhatəsində yerləşən unikal yerə Silk Way Travel şirkəti tərəfindən təşkil olunan infoturda jurnalistlər yeni açılan otellə tanış olublar.

KİV nümayəndələrinin otelə səfəri zamanı da əsrarəngiz təbiət qoynunda tikilən və geniş əraziyə malik olan oteli gəzərkən də müşahidə etdik. İstər gülərüz personalı, istərsə də hər cür şərait bura gələn turistləri istirahətini əla keçirmələrinə imkan verir. Marketinq meneceri Səadət Məmmədova öncə bizi otelin SPA mərkəzində gəzdirir, burada güc və qüvvət verən, enerjimizi artırmağa imkan verən prosedurlardan danışır. Bütün ili işləyənlər üçün bu super bir təklifdir.

İstirahətə gələnlər SPA mərkəzində masaj oluna, müxtəlif vannalar qəbul edə bilərlər. Eyni zamanda, burada qədim türk hamamından da yararlana bilərsiniz.

Caqquzi, örtülü baseyin də oteldə dincəlmək istəyənləri yorğunluqdan azad edə bilər. Tursitlər SPA mərkəzində bədən prosedurlarının qəbulu ilə yanaşı, açıq hovuzda üzə və ya günəş vananaları qəbul edə bilər. Səadət Məmmədova bildirir ki, bura gələn turistlər ruhlarına qida vermək üçün otelin şəxsi çimərliyinə düşə, yaxud balıq həvəskarları balıq və ya xərçəng tutmaq üçün çayın kənarında gəzintiyə çıxa bilərlər. Hətta çay qırağı quraşdırılan oturacaqlarda çaya baxmaqla, isti pürrəngi çay içib yaxşı dincəlmək mümkündür.  

Səadət Məmmədova bizi əyləncə mərkəzi ilə də tanış edir. Burada boulinq, bilyard həvəskarları vaxtlarını şən keçirə bilərlər. Eyni zamanda, kitab sevərlər üçün də xüsusi güşə yaradılıb. Otelin balaca qonaqları da unudulmayıb. Əyləncə mərkəzində onlar üçün də elektron oyunlar quraşdırılıb və bütün bu xidmətlərdən turistlər 24 saat istufadə edə bilərlər. Otelin ən kiçik qonaqları üçün dayə nəzarəti ilə uşaq otaqları da xidmət göstərir.  

Burada turistlərin qalması üçün xüsusi villalar, daş evlər və bir-iki otaqlı nömrələr də var. Oteldə 3 villa da daxil olmaqla ümumilikdə 35 yer var. Villalarda 1 günlük yerləşmənin qiyməti 400-800 manat arasında dəyişir.

Oteldə isə 1 nəfərlik (səhər yeməyi də daxil olmaqla) otaqlarda geçələmə 150, 2 nəfərlik otaqlarda gecələmə 200 manata başa gəlir. 6 -12 yaşlı uşaqlar üçün isə 50 faiz endirim tətbiq edilir. Burada bir həftəlik ailəlikcə gələnlər isə ailə paketinin sərfəli şərtlərindən yararlana bilərlər. T uristlər üçün  “Korporativ”, “SPA”, “Şərab dequstasiyası”, və yeni ailə quranlar üçün “Toy” paketləri də təqdim edilir.


Aytən ZƏHRA      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir