Modern.az

® Gülər Əhmədova Xətaidə seçicilərlə görüşüb

®  Gülər Əhmədova Xətaidə seçicilərlə görüşüb

17 Oktyabr 2010, 12:06

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd, Respublika Uşaq Təşkilatının sədri, hazırkı millət vəkili Gülər Əhmədova seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Xudu Məmmədov küçəsi 2 ünvanında seçicilərlə ilk görüşünü keçirdi.
Xeyli sayda seçicinin iştirak etdiyi görüşü G.Əhmədovanın vəkili, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açdı. G.Əhmədova hər zaman özünü ümummilli lider Heydər Əliyevin mənəvi övladı görərərək hər zaman onun tutuduğu yolu davam etdirib. İ.Ağayev onun 10 il ərzində parlamentdə Yasamal rayonunu layiqincə təmsil etdiyini vurğuladı. Əlavə etdi ki, G.Əhmədovanın budəfəki seçkilərdə Xətai rayonundan seçki yarışına qatılması Yasamal rayonunda yaşayan seçicilərini sözün həqiqi mənasında təəssüfləndirib:
«Bu isə Gülər xanımın 10 illik fəaliyyəti dövründə göstərmiş olduğu işgüzarlığın nəticəsidir. Xatırladım ki, o, çox təvazökar insan, gözəl ana, üç övlad sahibidir. Gülər xanım vətənpərvər bir qadındır. Onun Beynəlxalq Diaspor Mərkəzinin Məşvərət Məclisinin sədri kimi milli məfkurəmizlə bağlı məsələlərdə oynadığı rol, görmüş olduğu işlər, göstərdiyi fədakarlıq mənim gözlərimin önündədir. Mən əminəm ki, siz Gülər xanım kimi millət vəkilinizin olması ilə həmişə qürur duyacaqsınız. Odur ki, noyabrın 7-də hamınızı millət vəkili Gülər Əhmədovaya səs verməyə çağırıram».

20 Yanvar əlili, Qarabağ müharibəsi veteranı, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov G.Əhmədovanın Qarabağ əlilləri və şəhid ailələrinin problemlərini hər zaman diqqətdə saxladığını, ən yaxın adamları bildiyi bu insanların problemlərin həlli üçün çalışdığını vurğuladı. A.Məhərrəmov G.Əhmədovanın millət vəkili kimi müalicəyə göndərmək üçün bir neçə əlilin siyahısını istədiyini bildirdi: «Mən ona 20 əlilin siyahısını verəndə, o dedi ki, bu çox azdır. Özü həmin siyahıya 30 nəfər də əlavə etdi. Gülər Əhmədova Azərbaycan vətənpərvərlər xanımlar hərəkatının ən fəallarından biridir. Mən Azərbaycan döyüşçüsü olaraq bu xanımın gördüyü işlər haqqında ona görə ağızdolusu danışıram ki, məhz belə analar və bacılar bizi daha böyük qələbəyə ruhlandırır. Bu cür insanlar uğrunda daim vuruşmağa özümüzdə güc tapmalıyıq. Hamınızı Gülər xanıma səs verməyə səsləyirəm».

Millət vəkili Gülər Əhmədova çıxış edərək seçicilərini salamladı. G.Əhmədova bildirdi ki, namizədlər seçicilərlə görüşə gələndə kifayət qədər vədlər verirlər. G.Əhmədova adətən belə etmədiyini vurğuladı: «Mən hesab edirəm ki, halva-halva deməklə ağız şirin olmaz , yalan vədlər verməklə insanları əsəbləşdirmək düzgün deyil. Mən heç vaxt bu cür etməmişəm. Bu gün də sizə bu cür sözlər demək fikrində deyiləm. Sadəcə, bir məsələyə toxunmaq istəyrəm. Bakı bir tərəfdən böyük, digər tərəfdən kiçik şəhərdir. Xətai ilə Yasamal rayonları arasında da o qədər böyük məsafə yoxdur. Mən 10 il Yasamal rayonundan millət vəkili olmuşam. İnanıram ki, sizlərdən Yasamal rayonunda tanıdığı kimlərsə var. Çox istərdim ki, mənə səs vermədən öncə bu insanlarla əlaqə saxlayasınız. Əgər onlar sizə məsləhət görsələr, yaxşı nəsə danışsalar, əlbəttə ki, səs verərsiniz. Əgər desələr ki, yox, üzünü görməmişik, söz verdiyini işlərin arxasında dayanmayıb, bizim dərdimizə şərik cıxmayıb, əlbəttə ki, kimə səs vermək yenə də sizin öz işinizdir».

Millət vəkili bildirdi ki, Xətai rayonuna gəlməzdən öncə bir neçə məsələni öyrənib, bu binaların əsas problemləri maraqlanıb : «Elə problemlər var ki, onlar bütün binaları xasdır. Mən həmin problemləri saf-çürük etdim. Şübhəsiz ki, burada ümumi problemlər var. Bunlar da istilik təchizatında olan problemlərdir. Hesab edirəm ki, bunlar Yasamal rayonunda olan problemlərə çox oxşardır. Biz bu problemlərin böyük bir hissəsini Yasamal rayonunda aradan qaldıra bildik. Amma bunda şübhəsiz ki, sizin hamınızın mənə köməyi lazım olacaq. Mən bilirəm ki, evlərini təmir edən insanların bir çoxu istilik borularını evlərindən çıxarıblar. Xahiş edirəm ki, siz qonşularınızla bu boruların hamısını evlərində bərpa etməklə bağlı danışasınız. Çünki biz binaları bir-bir ekspertizadan keçirəndən sonra binaların istilik probleminin həllinə başlanmasını istəyirsinizsə, evlərindən boruları çıxaranlar onları bərpa etsinlər. Bir-iki qonşuya görə onlarla insan əziyyət çəkməsin. Ona görə sizin yardımınızı istəyirəm».

Digər məsələnin binalar arası yollarla bağlı olduğunu vurğulayan G.Əhmədova bununla əlaqədar bu gün Xətai Rayon İcra Hakimiyyətindən və «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinə xahişlə müraciət etdiyini vurğuladı: «Onlar harada ciddi ehtiyac varsa, orada monitorinq aparacaqlar. Yağış-qar düşməmiş bu məsələnin həll etmək lazımdır».

Hər zaman uşaqlarla bağlı məsələlərin həllinə çalışdığını bildirən G.Əhmədova dairə ərazisində yaşayan Qarabağ şəhidlərinin və əlillərinin ailələrinin tam siyahısını əldə etmək üçün səy göstərdiyini sözlərinə əlavə etdi: «Bu ailələrə mənsub uşaqların problemlərinin həllinin aradan qaldırılmasına çalışacam. Şübhəsiz ki, tənha, evlərində ailə başçısı olmayan, övladları ilə baş-başa olan anaların probemlərinin həlli bir nömrəli həll olunmalı məsələdir. Biz hər zaman bu məsələlərlə məşğuluq».

G.Əhmədova böyük təəssüf hissi ilə Azərbaycanda xəstə və əlil uşaqların sayının çox olduğunu vurğuladı: «Əlbəttə, mən bu cür uşaqların olmasını istəməzdim. Amma təəssüflə deməliyəm ki, bu cür uşaqların sayı çoxdur. Düzdür, bizim hörmətli Mehriban xanım Əliyeva bu sahədə çox böyük işlər görür. Mehriban xanımın gördüyü işləri nəinki Azərbaycanda, xaricdə də heç kimlə və heç nə ilə müqayisə etmək olmaz. Mən sizə çox səmimi deyirəm. Hətta dünyanın bir çox inkişaf etmiş ölkələrində belə, onun gördüyü işləri müqayisə etməli digər bir xanım yoxdur. Çünki biz müxtəlif ölkələrdə oluruq və bunu görürük. Adətən, hesab edirlər ki, əgər sovet quruluşu dağılıbsa, hər kəs öz balası ilə özü məşğul olmalıdır. Amma Mehriban xanım hamıya nümunə olası işlər görürü. Biz Respublika Uşaq Təşkilatı olaraq hər zaman onun bütün kampaniyalarını, təşəbbüslərini dəstəkləyirik. Həm qanvermə aksiyalarında, həm xəstə uşaqların problemlərinin həllində onun kimi davranış sərgiləməyə çalışırıq. Şükürlər olsun ki, həll edə də bilirik».

G.Əhmədova digər problemin Qarabağ münaqişəsi ilə bağlı olduğunu deyərək, bunu ümumilli problem adlandırdı: «Dünən televiziyaya baxan hər kəs, yəqin ki, çənab prezidentin Yevlaxdakı bir binanın açılışı zamanı etdiyi cıxışdan xəbardardır. “Cənab prezident öz cıxışında Dağlıq Qarabağ problemiylə bağlı hər zaman olduğu kimi qəti mövqeyini ortaya qoydu. Və dedi ki, mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası “Böyük Ermənistan”a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?! Cənab prezidentin bir başa mpvqeyidir ki, biz DQ ilə bağlı millət vəkiləri hər birimiz hardan secilməyimizdən asılı olmayaraq məsəsləyə şəxsi problemimiz kimi yanaşaq. Xatırladım ki, iki il öncə Türkiyə-Ermənistan sərhədlərinin acılmasıyla bağlı problem gündəmə gəldiyində 4 qadın millət vəkili ilə birlikdə Türkiyə cümhüriyyətində olub, orda cox önəmli görüşlər kecirib, kəskin mövqeyimizi ortaya qoyduk. O dönəmdə Türk mətbuatını izləyənlər yaxşı bilir ki, bu görüşün böyük bir təsiri oldu. Orda Qənirə Paçayeva, mən və digər həımkarlarımız Azərbaycan xanım millət vəkillərini təmsil edirdik. Bu görüşlərdən sonra düzdü bəzi qüvvələr tərəfindən çiddi tənqidlərə məruz qaldıq. Amma biz yaxşı bilirdik ki, biz millətimizin davasını aparmağa gəlmişik. Bundan başqa hər kəs bilir ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Bakıya gəlib, şəhid olmuş Türk əskərləri ücün Azərbaycanın müxtəlif bölgələrində xatırə abidəsi ücaldılıb. Amma ondan daha öncə 1915-ci ildə Canakqala savaşında şəhid olmuş əskərlərimizn adına türkiyədə bir lövhə belə yox idi. Biz bu məsələyə müdaxilə etdikdən sonra məsəslə öz həllini tapdı.
Millət vəkili sonda qeyd etdi ki, ona səs verəcək insanlardan halallıq almaq üçün həmin insanların dərd-sərləri ilə maraqlanacaq, problemlərinin həllinə çalışacaq: «Qismət olsa, bu dairədən deputat seçilsəm siz məni axtarmayacaqsınız, mən sizi axtaracam».
40 ildir Xudu Məmmədov küçəsi, 2a, mənzil 1-də yaşadığını deyən Nağıyeva Həlimət bütün sakinləri G.Əhmədovaya səs verməyə çağırdı: «Gülər xanım çox qoçaq qadındır. Qohumlarımdan birinə çox böyük yaxşılıq edib. Onun iki uşağını öz öhdəsinə götürərək təmənnasız əməliyyat olunmasını həyata keçirib». Seçici evində istilik sisteminin zəif, bu səbəbdən iki nəvəsinin xəstə olduğunu bildirərək, bu problemlərinin həlli üçün köməklik istədi. Daha bir seçici Bəxtiyar Sevdimalıyev da bütün qonşularını G.Əhmədovaya səs verməyə çağırdı. Şəhid ailəsinin üzvü, X.Məmmədov küçəsinin sakini Rübabə Bədəlova, seçici Dilarə Mehdiyeva, Ziyəddin Abbasov da qarşılaşdıqları problemlərin təmənnasız həllinə nail ola bilmələri üçün bütün seçiciləri G.Əhmədovaya səs verməyə çağırdılar.

 

 

 

 

 


Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir