Modern.az

ABŞ-ın İran üzərində siyasi, iqtisadi və mədəni təsirinə icazə verməyəcəyik - ƏLİ XAMENEİ

 ABŞ-ın İran üzərində siyasi, iqtisadi və mədəni  təsirinə icazə verməyəcəyik -  ƏLİ XAMENEİ

Dünya

17 Avqust 2015, 22:14

 

Modern.az İran KİV-inə istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xamenei Tehranda Dünya Əhli-beyt Birliyinin üzvlərinə müraciət edərkən deyib ki, qərblə əldə olunan nüvə razılaşması İranı ABŞ-ın təsiri altına salmayacaq.

Vaşinqtonun Suriya və İraqı parçalamağa çalışdığını, lakin Allahın köməyi ilə bunun baş verməyəcəyini qeyd edən dini lider ABŞ-a ölkəsi üzərində siyasi, iqtisadi və mədəni baxımdan təisr və nüfuz etməsinə əsla icazə verməyəcəklərinə əmin olduğunu bildirib.

Əli Xamenei həmçinin İsraili yaddan çıxarmayıb və bu ölkə ilə mübarizə aparan hər kəsə dəstək verməyə davam edəcəklərini deyib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir