Modern.az

PKK gəlinlə bəyə ŞOK yaşatdı - FOTOLAR

PKK gəlinlə bəyə ŞOK yaşatdı - FOTOLAR

Reportaj

18 Avqust 2015, 11:51


Tunceli çölündə silahla yol kisən bir qrup PKK terrorçuları toy karvanını dayandırıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, avtomobildən endirilən gəlin və bəy ilə vətəndaşlara terror təşkilatı təbliğatı edilib.

Hadisə Tunceli-Ovacık mahalı yolunun Venk körpüsü ərazisinə enən silahlı bir qrup PKK yaraqlısı hərəkətdə olan avtomobilləri dayandırıblar.

Dayandırılan maşınlar arasında toy karvanı da olub. Təşkilat mənsubları, gəlin-bəy və 50-yə yaxın vətəndaşı avtomobildən endirib təbliğat aparıb. Bəzi vətəndaşlar yaşananları cib telefonuna çəkib.

Təbliğatın ardından vətəndaşları sərbəst buraxan PKK üzvləri meşəlik sahəyə qaçıblar. Yolları kəsilən və adları öyrənilməyən gəlin və bəy daha sonra toy salonuna gedib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı