Modern.az

Killerdən şok AÇIQLAMALAR: "Bu, ən bahalı qətllər sırasındadır”

Killerdən şok AÇIQLAMALAR: "Bu, ən bahalı qətllər sırasındadır”

Reportaj

18 Avqust 2015, 13:35

Rusiya müxalifətinin tanınmış siması Boris Nemtsovu öldürməkdə əsas təqsirkar sayılan Zaur Dadaev buna görə 500 min rubl avans aldığını deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bütövlükdə, siyasətçinin qətlini sifariş verən şəxs icraçılara 15 milyon rubl pul (hər iştirakçıya 5 milyon rubl) vəd edib.  

“Moskovskiy Komsomolets” qəzetinin müxbiri Nemtsov cinayətini rəhbər tutaraq Rusiya killer xidmətlərinin qiyməti ilə bağlı araşdırma aparıb. 2000-ci ilin əvvəllərindən muzdlu qətl törətdiyi üçün həbsdə olan keçmiş xüsusi təyinatlı rus jurnalistə peşəsi ilə bağlı maaraqlı açıqlamalar verib:  

“Ümumiyyətlə, professional killerlər adam öldürmək üçün alacaqları pula ən azı bir xarici maşın ala bilməlidir. Yeni maşın olması vacib olmasa da, saz vəziyyətdə olması mütləqdir. Bu ümumi qaydadır. Belədə isə cinayətin törədiləcəyi regiondan, öldürüləcək şəxsin nüfuzundan, istifadə olunacaq silahdan, qəsddə iştirak edəcək şəxslərin sayından və s. asılı olaraq killerlərin geniş tarif siyahısı var”.              

“Moskovskiy Komsomolets”in əməkdaşı həmin killerdən Nemtsovun qətlinin neçəyə qiymətləndirildiyini soruşub. Killer isə Zaur Dadaev və ortaqlarının əməllərinə görə daha çox pulun verilə biləcəyini deyib:  

“Deyilən məbləğ həqiqətə uyğundur, amma Nemtsovun önəmini tam qiymətləndirməyiblər. Baxın, regionlarda sifarişli qətl bir neçə yüz min dollar civarında qiymətləndirilir. Samarada, Tolyattidə bu məbləğ hər iştirkaçı üçün 200-300 min rubl, Novosibirskdə - 400-500 min rubl təşkil edir. Moskvada isə killer tarifləri milyon rubllarla ölçülür. 10-20 il əvvəl sifarişli qətlləri daha ucuz da icra edirdilər, çünki o vaxtlar insanları hər yerdə öldürürdülər və killerlərin öz arasında müştəri cəlb etmək üçün rəqabət var idi. Ona görə də 1998-ci ildə Dövlət Dumasının deputatı Qalina Starovoytovanın qətli 10 min dollara, yəni indiki kursla 650 min rubla dəyərləndirilmişdi”. 

“Eskpert” çıxışına davam edir: “Sifarişli qətlin qiyməti cinayətin törədiləcəyi silahdan da asılıdır. Məsələn, “Şamilevsk” mütəşəkkil cinayətkar dəstəsinin üzvləri insanları evlərinin kandarında armaturla döyərək öldürürdü (bu onların dəsti-xətti idi) və xidmətlərinə görə adambaşına 200 min rubl alırdılar.

Odlu silahla törədilən sifarişli qətllər isə ən bahalı qətllər sırasındadır. Çünki cinayət yerində daha çox sübut qalır və icraçı həbs olunan zaman hadisənin təsadüfən törədilməsini iddia etmək mümkün olmur (məhkəmə belə mühakimə edir: əgər üzərində silah saxlayırdısa, deməli, qətli öncədən planlaşdırıb). Cinayətin məbləği həm də qurbanın reputasiyasından, simasından asılıdır.

Məbləğə sifarişçinin məruz qaldığı risk daxil edilir. Məhz sifarişçinin. Bəzən isə icraçının maraqları nəzərə alınır (adətən, cinayətkar azadlıqda qalarsa və həbs olunarsa, zonada təminatlı həyat yaşaması və ailəsinə maddi yardım göstərə bilməsi daxildir). Sonuncu dəfə yanımda sifarişli qətli müzakirə edən zaman öz iş ortağınının “aradan götürülməsini” istəyən biznemsen buna görə 20 milyon rubl ödəməyə hazır idi.

Amma killerlər qiyməti 25 milyona qədər artırdılar. Söhbət Moskvada təkcə biznesi yox, həm də müəyyən siyasi nüfuzu olan şəxsdən gedirdi. Həmin vaxt razılaşma alınmadı çünki cinayətin üstünün açılması ehtimalı 100 faiz təşkil edirdi. Yeri gəlmişkən, istənilən cinayəti pul ödəməklə həll edəcəkəlrini düşünənlər səhv edirlər. Bu mifdir. Elə sifarşilər var ki, professional killerlər heç vaxt ona getmirlər.     

Bunları nəzərə aldıqda, Nemtsovun qətli üçün vəd edilən 15 milyon rubl kifayət qədər normal qiymətdir. Amma iri zavod diektorunun qətli üçün daha çox pul almaq olar. Amma! İstisna deyil ki, Zaur Dadaevə Nemtsovun qətlini sifariş verən Rusik adlı şəxs əslində sifarişçi deyil,  yalnız vasitəçi olub və pulun bir hissəini özünə saxlayıb.

Kriminal dairələrdə sui-qəsd iştirakçılarının sayı obyektin keçirdiyi həyat tərzinə uyğun korrektə olunur. Konkret Nemtsovla bağlı epizodda 3 killer ən optimal say idi. Biri atəş açmaq, biri izləmək, üçüncü isə hadisə yerini tərk etmək üçün avtomobildə əraziyə yaxınlaşmalı idi. Məbləğin cinayətkarlar arasında bərabər paylanması isə əslində onlarda bərabərlik təəssüratı yaratmaq məqsədi daşıyır”.          


Məhbəs həyatı daşıyan killer muzdlu qatillərlə sifarişçilər arassındakı digər razılaşmalardan da danışır:

“Əksər hallarda killerlər cinayəti törətməzdən qabaq sifarişçidən bir qədər pul alır. Bir tərəfdən bu pul az olmamalı və sifarişçinin işi başqa killerə həvalə etməyəcəyi siqnalıdır. Digər tərəfdən isə killerin cinayət işini icra etməli olduğuna işarədir. Mən bir bombaçı killer tanıyırdım.

O, adətən, aldığı sifarişi yerinə yetirməzdən qabaq alacağı pulun dörddə üçünü avans kimi götürürdü. Lakin o, “təmiz reputasiya”ya malik şəxs kimi tanındığı üçün bu işdə problem olmurdu. Nemtsovun qətlində isə cinayətkarlara verilən 500 min rubl avans sırf jest xarakteri daşıyıb”.

O düşünür ki, Boris Nemtsovu qətlə yetirən çeçen killerlər bundan əvvəl də analoji cinayət törətməsəydilər, bu işə razı olmazdılar.

Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə radələrində Moskvanın mərkəzində öldürülüb.

Vüqar İsmayılov

 

      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır