Modern.az

Aydın Abbasov təşviqat kampaniyasına start verdi

Aydın Abbasov təşviqat kampaniyasına start verdi

17 Oktyabr 2010, 21:24



Seçimimiz Aydındır!

Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir.
1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bitərəfdir.
2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq  parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

***
17 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Abbasov ilk görüşünü Gəncə şəhərinin Mahrasa bağı adlandırılan yaşayış massivinin sakinləri ilə keçirdi.

Məhəllə klublarından birində keçirilən görüşə massivin yüzlərlə sakini gəlmişdi. Səmimi şaraitdə keçirilən görüşdə seçicilərə deputatlığa namizəd Aydın Abbas oğlu Abbasovun tərcumeyi-halı, onun Milli Məclis deputatı kimi son beş ildəki fəaliyyəti haqda geniş məlumat verildi. Görüşdə çıxış edən onlarla sakin ölkəmizdə gedən geniş quruculuq işlərini, aparılan beynəlxalq siyasəti dəstələdiklərini qeyd etdilər.
Görüsdə o da vurğulandı ki, Milli Məclisin deputatı Aydın Abbasovun son beş ildəki çoxşahəli fəaliyyəti gəncəlilər tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir.

Mahrasa bağının sakinləri fəxrlə qeyd etdilər ki, deputat Aydın Abbasov onları Milli Məclisdə, Avropa Şurasında və digər beynəlxalq strukturlarla yüksək professionallıqla təmsil edir. Gəncə sakinləri, əsasən də gənclər onun daimi qayğısını hiss edirlər.
           
Görüşdə çıxış edən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov son beş ildə görülən işlər haqda seçicilərə geniş məlumat verdi.

Sakinlər deputatlığa namizədə onları maraqlandıran suallar və deputat tapşırıqları verdilər.

Həmin gün Aydın Abbasov həmçinin Yeni Gəncə yaşayış massivinin sakinləri ilə onların yaşadıqları binaların qarşısında çoxsaylı görüşlər keçirdi, onların qaygı və problemləri ilə maraqlandı, suallarına cavab verdi.

Deputatlığa namizədin seçki qərargahı             

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır