Modern.az

Jurnalistlərin Göygöl TƏƏSSÜRATLARI: “Hər şeyi korlayırlar”

Jurnalistlərin Göygöl TƏƏSSÜRATLARI: “Hər şeyi korlayırlar”

19 Avqust 2015, 12:02

On gün olar ki, Göygöl Milli Parkı açıq elan olunub.

Açıldığı ilk gündən minlərlə insan hər gün bura gələrək gözəlliyi, təbitəi, gölü seyr edir, ruhunu dincəldir. Bir müddət əvvəl bölgəyə səfərdə olan jurnalsitlər də gölü ziyarət ediblər.  

Modern.az həmin jurnalsitlərin bir neçəsindən bura ilə bağlı təəssüratlarını. Nələri bəyənib bəyənmədiklərini öyrənib.  

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, Göygöl mahnılarda elə vəsf olunmuşdu ki, insan oranı görməyə-görməyə valeh olmuşdu.

“Biz də getdik gördük, gözəl təbiət, mənzərə, sərin hava. Bircə insanlar hər şeyi korlayır. Təsəvvür edin ki, bəziləri az qalır ki, maşını insanların üstünə sürsün. Hansı ki, maşın saxlamaq üçün yer düzəldiblər. Başqalarından seçilməyə çalışan bəzi mədəniyyətsizlər də maşını düz gölün qırağına sürməyə çalışırlar. Bir orada olanda 3 maşın biri-birini sürtmüşdü, polislər hadisə yerinə gəldi, səs-küydən biz də narahat olub oranı tərk etdik”.  

E.Muradlı hesab edir ki, təmizliyi gölzəmək lazımdır.   

Publika.az saytının əməkdaşı Vasif Həsənli bildirib ki, Milli parkda olarkən həddən çox adam var idi. “Göygölə qalxan yolda bir saatlıq tıxac var idi. Həddindən çox adam var idi. Beləcə vaxtımız az olduğu üçün orada çox qala bilmədik. Gölə baxıb yenidən qayıtdıq. Amma deyim ki, turistlər üçün hər şey yaradılıb”.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?