Modern.az

Transeksual Ağ Evdə direktor işləyəcək

Transeksual Ağ Evdə direktor işləyəcək

19 Avqust 2015, 13:36


ABŞ prezidentinin administrasiyası ilk dəfə işə transgender işçi qəbul edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Raffi Fridman Qorspen Ağ Evin Kadrlar Şöbəsində personalın işə götürülməsi xidmətinin direktoru olacaq.

ABŞ-dakı “LGBT” təşkilatları isə bu təyinatın cinsi azlıqların hüquqlarının qorunması yolunda ciddi addım olduğunu deyib. Biloji baxımdan kişi olaraq dünyaya gələn Raffi Fridman sonradan bir sıra cərrahi əməliyyatlarla cinsini dəyişib.

Bu ilin yazında isə Ağ Evdə qadın və kişilər üçün nəzərdə tutulan ayaqyolu ilə yanaşı, “bütün cinslər üçün” adlı ayaqyolu da istifadəyə verilib.

İyunun 26-da ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahların leqallaşdırılması haqda qərar qəbul edib.  

Vüqar İsmayılov   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu