Modern.az

Ərdoğan hökumət qurmağı Kılıçdaroğluna tapşırmayacaq

Ərdoğan hökumət qurmağı Kılıçdaroğluna tapşırmayacaq

19 Avqust 2015, 14:11


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hökuməti qurma vəzifəsini verməyəcəyi öyrənilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ərdoğan dünən bəzi yazarlar və tarixçilərlə bir araya gəlib. Prezident Sarayında reallaşan yemək təxminən 3 saat davam edib. Yeməyə, müxtəlif qəzet və jurnallarda araşdırma və yazıları ilə çıxış edənlər qatılıblar.  

Məlumatda qeyd edilir ki, yemək zamanı hökuməti qurma axtarışları və terrorla mübarizədən də  danışılıb. Yeməyə qatılan qonaqlardan əldə edilən məlumata görə, Ərdoğan baş nazir Əhməd Davutoğlunun vəzifəsini təhvil verməsindən sonra CHP lideri Kamal Kılıçdaroğluna hökuməti qurmaq səlahiyyəti verməyəcək.

Yeməkdə Ərdoğan seçki hökumətinin 2 aylıq olacağı barədə də mesajlar verib  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir