Modern.az

Terrorçular bir kəndi yox etdilər

Terrorçular bir kəndi yox etdilər

19 Avqust 2015, 17:19


Nigeriyada “Boko Haram” terror təşkilatının hücum etdiyi Kukuwa-Gari kəndində təxminən 150 adamın öldüyü bildirilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Yobe əyalətinin paytaxtı Damaturuya təxminən 50 kilometr uzaqlıqdakı kənddə ölənlərdən bəziləri vurulub, bir qismi isə silahlı terrorçulardan qaçmaq üçün tullandıqları çayda boğulublar.

Məlumatda qeyd edilir ki, bir avtomobil və çox sayda motosikletlə kəndə gələn onlarla silahlı adam, ətrafa atəş açmağa başlayıb. Modu Balumi adlı bir kənd sakini deyib: “Çox sayda insanı vurub öldürdülər.

Bir çox adam da canını qurtarmaq üçün çaya qaçdı. Ancaq boğuldular. Silahlılar boğulmaq üzrə olan kəndliləri qurtarmağa çalışan bir balıqçını da vurdu. İnsan itkisinin 150 olduğunu bilirik”.

Hücum keçən həftə olmasına baxmayaraq, kəndin ətrafındakı telefon dirəklərinin “Boko Haram” tərəfindən yıxılması səbəbindən xəbər vaxtında verilməyib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir