Modern.az

Ən seksual şəhərlər – şəffaf çimərliklər, sarışın qızlar

Ən seksual şəhərlər – şəffaf çimərliklər, sarışın qızlar

Reportaj

20 Avqust 2015, 14:00

 ABŞ-ın ən çox tirajla satılan jurnallarından “Playboy” ölkənin ən seksual 25 şəhərindən ibarət reytinq cədvəli tərtib edib.

Modern.az xəbər verir ki, jurnal şəhərlərin seksuallaığını bir neçə faktorun kombinasiyasından – gözəl qızlar, əyləncəli gecə həyatı və s. toplayıb.   Jurnalın fikrincə, Nyu-York ən “qanı qaynar” qızlar və “qızğın” gecə həyatı ilə Amerikada tayı-bərabəri olmayan şəhər seçilib.  

Modern.az ən seksual ABŞ şəhərlərinin bir neçəsinin özəlliyini təqdim edir.

Nyu-York   Minlərlə gecə klubları, barlar və restoranlar şaxələnmiş metropoliten şəbəkəsi və addımbaşı rast gəlinən taksilərlə birlikdə rahat və ideal sistem yaradır. Bundan başqa, nyu-yorklular seksə də laqeyd deyillər və orta statistik şəhər sakini ildə 138 dəfə sekslə məşğul olur. Burada insanların hər üçündən ikisi seksdə eksperimentlərə hazır olduqlarını etiraf ediblər. Şəhərdə hər 1000 nəfərə 3,03 əyləncə mərkəzi düşür.       

Los Anceles   Günəşli hava, şəffaf çimərliklər və sarışın qızlar olan “mələklər şəhəri” Nyu-Yorkdan bu göstəricilərə görə üstün olsa da, insanlar yeni münasibətələrə atılmamaq və müəyyən mühafizəkar yanaşmaları ilə xeyli geridə qalır.    

Çikaqo   Şaxtalı havası, əzələləli görünüşü ilə seçilən Çikaqo da öz seksual görkəmi ilə seçilir. Öz muzeyləri, səmaya çatan göydələnləri və restoranları ilə tanınan Çikaqo vaxtı ilə ölkənin “burlesk” və eyş-işrət paytaxtı idi. Vaxtı ilə qanqster müharibələrinə meydan olan şəhərdə iş yoldaşı ilə intim münasibət qurmağa hazır olanların sayı 40%-dir.    

Mayami   Florida ştatının cənubunda ispandilli sakinlərə məskən olan Mayami həmişə öz emosional, çılğın ritmi ilə seçilib. Seksual qızların bolluğu ilə tanınan şəhərdə orta statistik sakin ildə 160 dəfə sekslə məşğuldur ki, bu da ABŞ miqyasında rekorddur.

San Fransisko   Kaliforniyanın cənubunda yerləşən San Fransisko isə öz mənzərələri, müxətlif əyləncə mərkəzləri və ölkənin ən təmiz şəhərlərindən biri olması ilə seçilir. San Fransisko 200 minlik homoseksual sakini ilə fərqli cinsi orientasiyaya malik qrupları özünə cəlb edir.        

Vüqar İsmayılov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!