Modern.az

İki qardaş əmioğlu ilə sevişən bacının başını kəsdi

İki qardaş əmioğlu ilə sevişən bacının başını kəsdi

20 Avqust 2015, 14:25

Hindistanın şimalındakı Uttar-Pradets ştatında iki qardaş əmisi oğlu ilə romantik münasibətindən narazı qaldıqlarından Jehan adlı bacılarının başını kəsiblər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, edam onlarla adamın gözü qarşısında həyata keçirilib. Polisin sözlərinə görə, Nahe və Gul Hasan qardaşları əvvəlcə qızı evdən çıxararaq döyüblər. Onu öldürəndən sonra isə kəsilən başını əllərində gəzdirib, sonra qaçıblar. Hüquq-mühafizə orqanları hələ ki ancaq onların əmioğlunu dindirə bilib.

Polisdə hesab edirlər ki, bu edam ailə şərəfini qorumaq üstündə törədilib. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!