Modern.az

Aydın Abbasov Böyük Bağbanlarda

Aydın Abbasov Böyük Bağbanlarda

18 Oktyabr 2010, 16:05

18 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov Gəncə şəhərinin Böyük Bağbanlar yaşayış sahəsinin bir qrup sakini ilə görüş keçirdi.
Qeyri-formal, lakin çox işgüzar və səmimi şaraitdə keçirilən görüşdə deputatlığa namizəd Aydın Abbasov son beş ildə görülən işlər haqda seçicilərə geniş məlumat verdi. Qeyd edildi ki, ölkədə gedən yenidənqurma və quruculuq işləri bundan sonra da daha böyük vüsətlə davam etdiriləcək. Daha sonra deputlığa namizəd əhalini maraqlandıran problemlərə aydınlıq gətirdi, onların suallarını cavablandırdı və 7 noyabr seçkilərində 5 il bundan əvvəlkindən artıq fəallıq göstərməyə çağırdı.     

****

18 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov Gəncənin Şəddadilər küçəsindəki yerləşən seçki qərargahında seçici fəalları və bir qrup yerli sakinlə növbəti görüşünü keçirdi. İştirakçiların yüksək fəallığı şəraitində keçirilən görüşdə Aydın Abbasov ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli yolunda, son illərdəki iqtisadi nailyyələtlərin qazanılmasında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fədakər əməyi haqda geniş məlumat verdi. Qeyd olundu ki, məhz bu müntəzəm fəaliyyətin nəticəsi kimi, ölkəmiz dünyada ən stabil və sürətlə inkişaf edən məmləkət imicini qazanmışdır. Məqsəd bu məsələlərin hamısını hər bir seçiciyə çatdırmaqdır. Daha sonra deputlığa namizəd əhalini parlament seçkilərində fəal olmağa və seçkilərdə elliliklə iştirak edərək, ölkə rəhbərliyinin siyasi kursunu  dəstəkləməyə çağırdı.

Deputatlığa namizədin seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi