Modern.az

Yunanıstanın hakim “SİRİZ” partiyası parçalandı

Yunanıstanın hakim “SİRİZ” partiyası parçalandı

21 Avqust 2015, 13:01


Yunanıstanın hakim “SİRİZ” partiyasının daxilində parçalanma baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın 25 nəfərdən ibarət bir qrup üzvü yeni partiya yaratmaq barədə qərar veriblər. “SİRİZ”dən tam müstəqil olacaq partiya sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində ayrıca proqramla iştirak edəcək.

Bundan əvvəl, Yunanıstan prezidenti Proeopis Pavlopulos baş nazir Aleksis Çiprasın hökuməti ilə birlikdə   istefa  verməsindən sonra “Yeni demokratlar” partiyasının sədri Vangelis Meymarakisə yeni hökumət formalaşdırmaq hüququ verib.

Növbədənkənar seçkilərin sentyabrın 20-də keçirilməsi nəzərdə tutulur.

Vüqar İsmayılov      

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı