Modern.az

Deputat Rafiq Məmmədhəsənov: “... tərəzinin bir gözünə onu, o birinə məni qoysunlar...”

Deputat Rafiq Məmmədhəsənov: “... tərəzinin bir gözünə onu, o birinə məni qoysunlar...”

18 Oktyabr 2010, 19:40

Milli Məclisin YAP-çı deputatı, namizədliyini yenidən 105 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş Nazim Məmmədov mətbuata açıqlamasında  deyib ki, YAP-ın budəfəki seçkilərdə 104 saylı dairənin deputatı Rafiq Məmmədhəsənovun namizədliyini onun deputat olduğu dairədən irəli sürməsi özü üçün gözlənililməz olub. 

N.Məmmədov deyib ki, o, YAP İdarə Heyətinə məktub ünvanlayıb: “YAP rəsmi namizədini geri çəkməli və şansı olana dəstək verməlidir. Rafiq müəllimin mətbuata açıqlamalarında belə hiss edirəm ki, onun administrativ resurslara arxalanmaq cəhdi var. Bu dairədə iki YAP-çı deputat qarşılaşdığına görə həm beynəlxalq müşahidəçilər, həm özümün müşahidəçilərim, həm də digər namizədlərin müşahidəçiləri prosesə çox həssas yanaşacaqlar. Bu mənada güman etmirəm ki, mənə qarşı inzibati resurslardan istifadə mümkün olsun”.

Sözügedən dairədən YAP-ın vahid namizədi, Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov Modern.az saytına açıqlamasında Nazim Məmmədovun onun namizədliyinin geri çəkilməsi barədə təklifinə belə münasibət bildidb: “Başa düşə bilmirəm, niyə mənim namizədliyim geri çəkilməlidir..? Kim deyir axı o dairədə mənim şansım azdır. Əksinə, tərəzinin bir gözünə onu da qoysunlar, məni də... Onda bilinər kimin namizədliyi geri çəkilməlidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir