Modern.az

Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olundu

Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olundu

Mədəni̇yyət

14 Oktyabr 2009, 18:41

Modern.az saytı xəbər verir ki, oktyabrın 14-də Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında yekun sənəd qəbul edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə söhbətində qeyd edib ki, konfransın yekun sənədində İslam ölkələrində gedən mədəni proseslərin müsbət tendensiyaları haqqında geniş mənzərə təsvir olunub:

“Yekun bəyannamədə Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılan tarixi-mədəni abidələrin, irsimizin məhv olunması pislənilir. Konfrans iştirakçıları tərəfindən birmənalı şəkildə Ermənistandan Birləşmiş Millətlər Təşkilatına qəbul olunmuş dörd qətnamənin icra olunması tələb edilir. Bu isə ondan xəbər verir ki, islam ölkələri Azərbaycanın mövqeyinə dəstək verir və gələcəkdə də verəcək”. İslam mədəniyyətinin dünyada daha geniş təbliğ olunmasının zəruriliyini bildirən nazirin sözlərinə görə, bu sırada islam ölkələri arasında turizm və mədəni turizmin inkişafı sahəsində xüsusi proqramların həyata keçirilməsi əsas hədəflərdəndir: “Konfransın yekunu kimi qəbul olunan sənədlər sırasında Azərbaycan üçün xüsusi önəm daşıyan məsələ 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıdır. Biz bu gündən etibarən bu istiqamətdə böyük tədbirlərin keçirilməsi üçün hazırlığa başlamağı nəzərdə tuturuq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub