Modern.az

Dünya güclərini qarşı-qarşıya qoyan Bəşər Əsədin ailəsi - FOTOLAR

Dünya güclərini qarşı-qarşıya qoyan Bəşər Əsədin ailəsi - FOTOLAR

22 Avqust 2015, 13:00

 

Öz ölkəsini və xalqını şəxsi ambisiyalarının əsirinə çevirən diktatorlar çox vaxt aqibəti bəlli olan yolla gedirlər. Prezident kürsüsünü əldə saxlamaq üçün kütləvi repressiyalar, işgəncələr, total qorxu və nəzarət kimi sərt metodlardan istifadə etsələr də, diktatorların şəxsi həyatı əksər hallarda orta statistik ailələrə xas xoşbəxt görüntü kimidir.

Modern.az XXI əsrin ən çox danışılan və hazırda hakimiyyəti təhlükə altında olan Suriya diktatoru Bəşər Əsədin ailə fotolarını təqdim edir.


1970-ci illər. Sağdan sola: Suriya lideri Hafiz Əsəd (Bəşər Əsdin atası), Bəşər, Mahir (Bəşərin qardaşı), Ənisə Mahmuf (Bəşərin anası), Məcid (Bəşərin qardaşı), Büşra (Bəşərin bacısı) və Badil Əsəd (Bəşərin böyük qardaşı).


1993. Hafiz Əsəd və Ənisə Mahmuf (Əsəd) öz övladları ilə. Ailənin böyük övladı Basil Əsəd atasının varisi kimi Suriyanın dövəlt başçısı olmağa hazırlaşırdı. Lakin 1994-cü il yanvarın 21-də Dəməşq aeroportuna gedən zaman maşınının idarəetməsini itirərək qəza törətmişdi. 31 yaşlı Basil qəzada həyatını itirmişdi. Buna görə Bəşər Əsəd qardaşının yerinə varis təyin olunmuşdu və Londonda oftolmoloq kimi çalışdığı klinikanı tərk edərək təcili Suriyaya qayıtmışdı.

Hafiz Əsəd 2000-ci li iyunun 10-da ürək tutmasında vəfat etdikdən sonra Bəşər Əsəd dərhal general-leytenant təyin olunub. İyulun 17-də ölkə başçısı seçilmək üçün yaş senzinin 40-dan 30-a endirilməsi ilə bağlı keçirilən referendum 34 yaşlı Əsədi ölkənin 16-cı prezidentinə çevirir.

2000-ci ilin dekabrında Əsəd Böyük Britaniyada yaşayan Suriya əsilli xaınm Əsma əl-Əsədlə ailə həyatı qurub.

London universitetinin kral kollecini kompüter texnologiyaları və fransız dili ixtisası üzrə biriən Əsma Əsəd “Doyçe bank” və “J.P.Morgan”da çalışıb.

Bəşər Əsəd 1965, Əsmça Əsəd isə 1975-ci il təvəllüdlüdür. Onların 3 övladı – Hafiz və Kərim adlı oğlan, Zeyn adlı qızları var.



Vüqar İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir