Modern.az

Ermənistanla həmsərhədd kənddə 7 bulaq tikilib

Ermənistanla həmsərhədd kənddə 7 bulaq tikilib

18 Oktyabr 2010, 23:51

Tovuz rayonun Ermənistanla həmsərhəd kəndi olan Əlibəyli kəndində xeyriyyətçi iş adamı İslam İbrahimovun maddi dəstəyi ilə inşa olunan 7 ədəd bulağın açılışı olub. Açılış mərasimində millət vəkili Qənirə Paşayeva və kənd sakinləri iştirak edib.

 

Millət vəkili Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınması istiqamətində Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb. 

 

Azərbaycan Respublikasının prezident İlham Əliyevin daim bu kəndə böyük diqqət və qayğı göstərdiyini deyən millət vəkili vurğulayıb ki, Əlibəyli kəndi elektrik enerjisi, qazla tam təmin edilib, kəndi rayon mərkəzi ilə birləşdirən yol, ön cəbhəyə gedən yol  müasir standartlara uyğun yüksək səviyyədə düzəldilib, kənddə gözəl məktəb binası tikilib və tikinti-abadlıq işləri bundan sonra da yüksək səviyyədə davam edəcək. Millət vəkili Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq öz həyətyanı sahəsində, öz torpağında işləyən dinc insanları snayperlərlə hədəfə almasına, insanlara əziyyət vermək üçün Ermənistan istiqamətindən kəndə gələn su yolunu bağlamasına baxmayaraq bu kəndin sakinlərinin ölkəmizin ön cəbhəsində, düşmənlə üz-üzə mətanətlə dayandığını və torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir nəfər kimi Ali Baş Komandanın yanında olduğunu vurğulayıb.

 

Millət vəkili, Ermənistanın getdikcə çökməsindən fərqli olaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini və bunun cəbhə kəndlərindən,sərhəd kəndlərindən çox yaxşı göründüyünü deyib.  Ermənistanla 17 km sərhəd zolağına malik olan Əlibəyli kənd sakinləri üçün yüksək səviyyədə tikilmiş bu 7 içməli su bulağının  böyük əhəmiyyətini vurğulayan millət vəkili bu gün xeyriyyə işlərinin cəmiyyət üçün önəmindən danışıb və İslam İbrahimova və ailə üzvlərinə üzünü tutaraq bizim səsimizi eşidərək bu cür gözəl layihəni həyata keçirdiyiniz üçün sizə təşəkkür edirəm deyib. O, bu gün işlərin gözəl örnək olduğunu vurğulayaraq rayonun imkanlı şəxslərini bundan sonra da Tovuzun sosial-mədəni inkişafında bu kimi dəstəklərini əsirgəməməyə çağırıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?