Modern.az

Çin ABŞ-a qarşı virtual hücuma hazırlaşır

 Çin ABŞ-a qarşı virtual hücuma hazırlaşır

22 Avqust 2015, 23:56

 

Modern.az xəbər verir ki, Çin ABŞ-a qarşı “Elektron Perl-Harbor” hazırlayır.

Axar.az Natural Nyus” saytına istinadən xəbər verir ki, Pekin ABŞ-ı üç istiqamətdə vurmağa hazırlaşır.

Bunlardan birincisi ABŞ-dakı maliyyə stabilliyi olacaq. Çin dollara hücum edəcək. Zərbə altında Vaşinqtonun borc öhdəlikləri də qalacaq.

İkinci zərbə ABŞ infrastrukturuna kütləvi kiber hücum olacaq. İnfrastruktur xaosu ABŞ-da dağıdıcı olacaq və o, dollara inamı öldürəcək. Ən çox hücum olunacaq yerlər sırasında isə atom elektrik stansiyalarının, neft emalı zavodlarının, təcili yardım xidmətlərinin, xəstəxanaların və digər strateji vacib obyektlərin serverləri olacaq.

Üçüncü zərbə isə ABŞ peyklərinin nəzarət altına alınması olacaq. Bununla da Çin ABŞ-ı işğal etmək planı əvəzinə onun özü-özünü məhv etməsinə şərait yaradacaq”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır