Modern.az

44 saylı dairənin seçicilərinin bəxti gətirib

44 saylı dairənin seçicilərinin bəxti gətirib

Parlament

19 Oktyabr 2010, 10:03

Oktyabrın 18-də Sumqayıt şəhəri 18-ci mikrorayon 1 saylı binanın qarşısındakı Xeyir-şər evində 4-cu çağırış Milli Məclisə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyi qeydə alınmış Baba Tağıyev təşviqat-təbliğat tədbirləri çərçivəsində seçicilərlə görüşüb.
Görüşdə 150-dən çox seçici iştrak edib. Deputatlığa namizəd Baba Tağıyev bildidb ki, 44 saylı Sumqyıt-Abşeron seçki dairəsindən qeydə alınan namizədlərin hər biri layiqli, ləyaqətli insanlardılar.

”Əziz seçicilərim mən inanıram ki, siz ən layiqlisinə, ləyaqətlisinə səs verəcəksiniz, inanıram ki siz qəlbinizin səsinə, övladlarınızın gələcəyinə səs verəcəksiniz. Mən bu gün sizin sosial problemlərinizin tam həll olunmasına söz verə bilmərəm, amma gücüm çatan tərzdə sizin problemlərinizlə məşğul olmuşam. Əgər yenidən deputat seçilsəm, yenə də həmin məsələlərlə məşğul olacam. Mən xalqımızın haqq səsini hər an, hər zaman demişəm, deyirəm və deyəcəyəm də. Əziz seçicilərim mən əminəm ki, mənim səmimi sözlərimə sizin hər biriniz inanırsınız. İnanıram ki, sizin hər biriniz layiqli namizədə səs verəcəksiniz. Əziz seçicilərim siz o adamlara səs verəcəksiniz ki, o adamların arzu və amalları Azərbaycanın Qarabağ torpaqlarının işğaldan azad olunması olsun”-deyə B.Tağıyev qeyd edib.
Seçici Saleh Kərimov bildirib ki, 44 saylı dairənin seçicilərinin bəxti gətirib. “Ona görə gətirib ki, biz Baba müəllimi tanıyırıq. Baba müəllim xalqı, milləti, eli üçün  yanan bir kişidi”.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı