Modern.az

Rusiyadan HƏDƏ: "Abxaziya dəmir yolu xəttini bərpa edirik”

Rusiyadan HƏDƏ: "Abxaziya dəmir yolu xəttini bərpa edirik”

24 Avqust 2015, 12:10


Rusiya ilə Ermənistanı birləşdirən Abxaziya dəmir yolu xətti Rusiya tərəfindən təmirə başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu məlumatı Rusiya müqdafiə nazirinin müavini, general-polkovnik Dmitri Bulqakov təsdiqləyib.

“Dəmir yolu qoşunlarının 500 hərbçisi və 50-dən artıq xüsusi texnika Abxaziya dəmir yolunun Oçamçira stansiyasından İnquri çayına qədər olan hissəsini təmir edir”.

Gürcüstanın sülh və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili isə Abxaziya dəmir yolu xəttinin bərpası ilə bağlı Gürcüstan hökumətinin heç bir razılıq vermədiyini bildirib.

Onun fikrincə, bu Rusiyanın növbəti təxribatıdır. Abxaziya dəmir yolu xətti sovet dövründə Rusiya ilə Ermənistanın daimi nəqliyyat əlaqəsini təmin edən dəhliz olub.

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir