Modern.az

Nemtsovun qətlinin təşkilatçısını tutmaq cəhdi üç dəfə iflasa uğrayıb

Nemtsovun qətlinin təşkilatçısını tutmaq cəhdi üç dəfə iflasa uğrayıb

Dünya

24 Avqust 2015, 12:35


Xüsusi xidmət orqanları Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsində əsas fiqurlardan olan, Daxili İşlər Nazirliyinin “Şimal” batalyonunun keçmiş komandir müavini Ruslan Qeremeyevi həbs etmək üçün 3 dəfə cəhd göstərib.

Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, Qeremeyev və işdən adı keçən digər şəxsin – Ruslan Muxutdinovun saxlanılması üçün birinci əməliyyat mart ayının əvvəllərində planlaşdırılıb. İkinci dəfə mart ayının sonlarında onları Çeçenistanın Calka kəndində saxlamağa cəhd edilib. Üçüncü əməliyyat isə iyulda hazırlanıb.

Bu zaman Çeçenistanın dağlıq ərazilərinə bələd olan Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları da cəlb edilməli idi. Ancaq hər dəfə Qeremeyev və Muxutdinovun tutulması müxtəlif səbəblərdən təxirə salınıb. Ancaq bunun səbəbi açıqlanmır.

Digər məlumata görə, Rusiya İstintaq Komitəsində hər iki şəxsə qiyabi ittiham elan edilməsi məsələsinə baxılıb, ancaq qərar 2015-ci ilin sonuna qədər təxirə salınıb. Həmin vaxta qədər Nemtsovun qətli ilə bağlı saxlanılan 5 nəfərə qarşı istintaq hərəkətlərinin başa çatdırılacağı gözlənilir.

Qeremeyev Nemtsovun qətlinin təşkilatçılarından biri hesab edilir. Boris Nemtsov fevral ayının 27-də axşam Moskvanın mərkəzində öldürülüb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi