Modern.az

İranda Britaniyanı niyə “qoca tülkü” adlandırırlar?!

İranda Britaniyanı niyə “qoca tülkü” adlandırırlar?!

25 Avqust 2015, 09:15


İranın mühafizəklar media və mətbuatı “qoca tülkü” ifadəsini Britaniyanın ümumiləşdirici obrazı kimi işlətməyi xoşlayır və bununla da İranda uzun müddət düşmən kimi qiymətləndirilən Britaniyanın "hiyləgər, riyakar və xain hərəkətlərini" adamların yadına salır.

Britaniya xarici işlər nazirinin Tehrandakı Britaniya səfirliyinin təkrar açılışı mərasimində iştirak üçün İrana səfəri zamanı da “tülkü söhbəti” yenidən ortalığa düşüb. Mühafizəkar “Hemayət” qəzetinin bazar ertəsi nömrəsi “Qoca tülkü işıqlarını söndürərək gəlib” sərlövhəsi ilə çıxıb.

Başqa bir mühafizəkar "Risalət" qəzeti isə yazır ki, “Qoca tülkünün qayıdışına sevinən yoxdur”.

Bəs görəsən, bu ifadə hardan gəlir? İlk dəfə fars dilinə bu ifadəni 85 il bundan əvvəl vəfat etmiş bir şair gətirib. Tanınınmış ədəbiyyatçı və riyaziyyatçı Seyyid Əhməd “Ədib” Pişəvəri (1844-1930) özünün antibritaniya hissləri ilə tanınır.

O, indiki Pakistanın Peşavər şəhəri yaxınlığında doğulub və bir çox yaxınlarını Britaniya ilə 1857-58-ci illərdə baş vermis müharibədə itirib.

Ədib sonralar İrana köçərək ədəbiyyat və riyaziyyat təhsili alıb.

İranda ikən o, 1905-1907-ci illərdə baş vermis “Məşrutə” - Konstitusiya inqilabının şahidi olub.

Bu inqilab Qacar sülaləsinin şahları dövründə İranda parlamentin yaradılması ilıə başa çatıb. Konstitusiyalı monarxiya adamların əksəriyyəti tərəfindən dəstəklənsə də ədib bu inqilabı Britaniyanın “fəndi” kimi təsvir edib.

Onun antibritaniya və antiavropa hissləri poeziyasının, xüsusilə də I dünya müharibəsinə təsadüf edən illərində daha qabarıq nəzərə çarpır.

O, Almaniya imperatoru Kayzeri tərənnüm edən bir neçə şer yazıb. Bütün yaradıcılığı boyunca şair Britaniyanı heyvanlara bənzədib - “qoca tülkü”, “bəduğur qarğa” və ya “zəhərli gürzə” və sair. O, bununla da Britaniyanın İranda və regionda yürütdüyü “şər” siyasəti tənqid edib. Amma bu ifadələrin arasında ən uzunömürlüsü “qoca tülkü” olaraq qalıb.

Aşağıda ədibin şerlərindən bir parçanı təqdim edirik:  

“Neçə-neçə evləri

Tülkülüklə yıxmısan,

Qoca tülkü kimi sən

Yüz tələdən çıxmısan…” (BBC)  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər