Modern.az

Türkiyə İŞİD-ə qarşı koalisiyanın əməliyyatlarına qoşulur

 Türkiyə İŞİD-ə qarşı koalisiyanın əməliyyatlarına qoşulur

26 Avqust 2015, 00:07

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vaşinqton və Ankara Türkiyənin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda birgə iştirakın təmin edilməsi üçün zəruri texniki detalları razılaşdırıblar.

Bu barədə brifinq zamanı məlumat verən Pentaqonun mətbuat katibi Piter Kuk qeyd edib ki, ABŞ və Türkiyə ikincinin tam olaraq koalisiyanın əməliyyatlarına qoşulması üçün texniki detalların razılaşdırılmasını başa çatdırıb.

O əlavə edib ki, Türkiyə yaxın vaxtlarda terrorçuların mövqelərinə havadan zərbələrin endirilməsi üzrə kampaniyaya qoşulacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır