Modern.az

Prezidentliyə namizəd jurnalisti mətbuat konfransından qovdu

Prezidentliyə namizəd jurnalisti mətbuat konfransından qovdu

Dünya

26 Avqust 2015, 12:01


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından ən real namizəd olan Donald Trampla jurnalist arasında qalmaqal yaranıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransı zamanı növbəsini gözləməyərək yerindən danışan jurnalisti qovub.

İspandilli “Univision” kanalının müxbiri Xorxe Ramos bir neçə dəfə yerindən qalxaraq prezidentliyə namizədə sual vermək istəsə də Tramp hər dəfə onun suallarından yayınaraq növbəsini gözləməsini istəyib. Ramosun növbəti sual cəhdi isə siyasətçinin səbr kasasının daşmasına səbəb olub. “Sizə söz vermədilər. Qayıdın öz “Univision”za”.

Daha sonra isə mühafizəçilərdən jurnalisti otaqdan çıxarmasını istəyib.

Amma bir müddət sonra sakitləşən Tramp Xorxe Ramosun “yerindən durararaq çığırmasından” şikayətlənib və onun təkrar konfransa qatılmasına etiraz etmədiyini bildirib.

Geri dönərək Donald Trampa sula vermək hüququndan istifadə edən Xorxe Ramos prezidentliyə namizədin qalib gələrsə, ölkədəki 11 milyon qanunsuz mühaciri dərhal deportasiya edəcəyi ilə bağlı planlarına görə onu sərt tənqid edib.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?