Modern.az

Xədicə İsmayılın vəsatəti təmin olunmadı

Xədicə İsmayılın vəsatəti təmin olunmadı

29 Avqust 2014, 13:04


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, məhkəmə iclasında ilk olaraq X.İsmayılovanın vəkilləri məhkəmə istintaqının yenilənməsi üçün vəsatət qaldırıblar.

Dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmə istintaqının ədalətli şəkildə keçirildiyi və bütün ittihamların tam sübuta yetirildiyini bildirərək, məhkəmə istintaqının yenilənməsi üçün heç bir əsas olmadığını bildirib. R.Hadıyev vəsatətin təmin edilməməsini istəyib. Vəsatət təmin olunmayıb.

Sonra X.İsmayılovanın vəkilləri çıxış edərək təqsirləndirilən şəxsi müdafiə xarakterli fikirlər söyləyiblər. Vəkillər X.İsmayılova barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Dövlət ittihamçısı R.Hadıyev isə vəkillərin çıxışlarının həqiqəti əks etdirmədiyini bildirib.

Sonra X.İsmayılova son söz söyləmək üçün hakimdən vaxt istəyib. Hakim məhkəmə prosesində fasilə elan edib. Hakim ona hazırlaşmaq üçün vaxt verib.

Növbəti məhkəmə iclası 31 avqust saat 14:00-a təyin edilib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi