Modern.az

Bu dünyada ölüm bəzən insanları belə tapır

Bu dünyada ölüm bəzən insanları belə tapır

İqtisadiyyat

19 Oktyabr 2010, 17:30

Mərci uddu, öldü...

İtaliyada yaşayan  70 yaşlı  Armando Pinelli  qonşusu ilə uzun –uzadı mübahisəsi gözlənilməz sonluqla nəticələnib. Pinelli palma ağaçı altında qoyulan stulda kimin birinci oturacağı ilə bağlı mübahisəsində qalib gəlib və təbəssümlə gedib oturub. Oturduqdan sonra palma ağaçı qəfildən iki yerə bölünərək Armandonun üstünə düşüb. Yazıq kişi elə oradaca canını tapşırıb.

Qadın “xəyanətin” üstünə necə düşdü?

Praqada isə Vera Cervak adlı gənc qadın ərinin ona xəyanət etməsi xəbərini eşidən kimi özünü öldürmək istəyib. Üçüncü mərtəbədən özünü atan Vera işdən yorğun-arğıın evə qayıdan ərinin üstünə düşüb. Özü qospitalda ayısa da ərini o dünyaya göndərib.

Everestdə yox, evdə sürüşüb öldü...

Eversti altı dəfə fəth etmiş veteran –alpinist Jerar Omel öz evində elektrik lapmasını dəyişən zaman vəfat edib. Müavizinətini itirən Omel pilləkəndən yıxılıb və başı su borusuna dəyib. 

“Qatil çarpayı”....

80 yaşlı Adeliada Maqnozo aşılıb –yığılan çarpayının “qurbanı” olub. Çarpayını açıb yatağa uzanan qarı yatmaq istəyərkən qəfildən çarpayı əvvəlki vəziyyətinə qayıdıb. Bu onun son uzanmağı olub.

Dirildi..qızı şokdan öldü...

Nyu-Yor sakini Culiya Karson ürək tutmasından vəfat etməsi barədə həkim rəyindən sonra qohumları dəfn üçün hazırlıq görüblər. Cənazə geyimini ona geyindirərkən Culiya birdən tabutda ayılıb. Tabuda oturub təəcüblə ətrafına baxan Culiya nə baş verdiyni soruşub. Bu isə yaxşı nəticə verməyib. Şoka düşən Culiyanın qızı elə yerindəcə keçinib.  

Yuxusu çin çıxdı...

Massaçüsets ştatından olan Linda Qudi gördüyü yuxudan sonra Karib dənizinə nəzərdə tutduğu kruizi təxirə salıb. Linda yuxuda görübmüş ki, maşında can verir. Yəqin ki, o, gəmiyə minsə idi daha yaxşı olardı. Çünki bir neçə gündən sonra Lindanı öz maşınında ölü halda tapıblır. Lindanı kimsə böğub öldürübmüş.  

İntihar edən xilas edildi, ona baxanlar o dünyaya getdilər...

50-yə qədər həvəskar Vyetnamın Xoşimin şəhərində yerləşən körpüdə dayanaraq özünü öldürmək üçün çaya atılmaq istəyən qıza baxırmışlar. Körpü onların çəkisinə dözməyib və qırılıb. 9 nəfər həlak olub. Qızı isə xilas ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır