Modern.az

Dövlət fondundan 150 min karat almaz itib

Dövlət fondundan 150 min karat almaz itib

Dünya

27 Avqust 2015, 12:01


Rusiya Maliyyə Nazirliyinin tabeliyində olan Dövlət Qiymətli Metalllar və Daşlar Fondundan 150 min karat dəyərində almaz itib.

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Arxangelsk vilayətində almaz mədənləri olan “Severalmaz” şirkəti cilalanması üçün dövlət fonduna 150 min karat almaz göndərib.

Lakin sonradan “Severlamaz” şirkəti göndərdiyi xammalın saxta almazla əvəzləndiyini müəyyən edib.

Məsələ ilə bağlı Rusiya Maliyyə Nazirliyi və Dövlət Qiymətli Metallar və Daşlar Fondu müştərək komissiya təşkil edərək araşdırmaya başlayıblar.  

Vüqar İsmayılov  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür