Modern.az

Kralı şantaj edən iki jurnalist tutuldu

Kralı şantaj edən iki jurnalist tutuldu

28 Avqust 2015, 11:04


Fransada Mərakeş kralı VI Məhəmməd haqqında kitab yazan iki jurnalist həbs edilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, onlar şantaj yolu ilə padşahdan 3 milyon avro almağa cəhddə ittiham edilirlər.

Təqsirkar bilinən 68 yaşlı Erik Loran və Katrin Qrasye VI Məhəmmədə onu ləkələyici faktların olduğu kitabı çap etməmək müqabilində bu qədər pul istəyiblər.

Avqustun 11-də Loran kralın vəkili ilə görüşərək tələbini çatdırıb. Mərakeş hakimiyyətinin reaksiyası nəticəsində Fransa polisinə müraciət edilib. Bu ölkənin hüquq-mühafizə orqanları ehtimal olunan şantajçıları izləməyə başlayıblar. Onlar Loran və Qaresin tələb olunan pulun

VI Məhəmməd kral kürsüsündə 1999-cu ildən oturur.

Modern.az    

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır