Modern.az

İki ölkə arasında GƏRGİNLİK – səfirlər geri çağrıldı

İki ölkə arasında GƏRGİNLİK – səfirlər geri çağrıldı

Dünya

28 Avqust 2015, 11:45


Kolumbiya və Venesuela sərhədində yaranan gərginlik siyasi müstəviyə çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hər 2 ölkə öz səfirlərini geri çağırıb.

Buna səbəb 1 həftə əvvəl Komubiya ilə sərhəddə 3 Venesuela hərbçisinin yaralanması ilə bağlı nəticələnən silahlı insident olub.  

Hadisədən dərhal sonra Venesula lideri Nikolas Maduro Kolumbiya ilə sərhəddə fövqəladə vəziyyət elan etmiş və bölgədəki komubiyalıları kütləvi şəkildə deportasiya olunmasına göstəriş vermişdi.  

Venesula və Kolubiya arasında uzun illərdir ki, ərazi mübahisələri var.    

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir