Modern.az

Çeçenistanda batalyon komandirinin müavini və arvadı öldürülüb

Çeçenistanda batalyon komandirinin müavini və arvadı öldürülüb

Dünya

28 Avqust 2015, 12:32


Çeçenistanda Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına aid “Şimal” batalyonunun komandir müavini Musa Əyyubov və həyat yoldaşı güllələnərək öldürülüb.

Modern.az Rusiyanın “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, hadisə Qroznı şəhərindəki yataqxanada baş verib.   Yerli istintaqçılar hadisə yerində Makarov tipli tapança və güllə gilizləri aşkar ediblər.  

Qeyd edək ki. Boris Nemtsovun qətlində əsas şübhəli olan Zaur Dadayev 2006-ci ildən 2014-cü ilə qədər bu “Şimal” batalyonunda xidmət edib.  

Faktla bağlı araşdırma aparılır. Əsas şübhəli mərhumun qardaşı oğlu İdris Əyyubovdur.  Məlumata görə  narkoticarətlə məşğul olan şübhəli əmisi ilə münaqişədə olub.    

Vüqar İsmayılov     


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi