Modern.az

Bursada Türkiyə-Ermənistan oyunu öncəsi dava düşüb

Bursada Türkiyə-Ermənistan oyunu öncəsi dava düşüb

15 Oktyabr 2009, 00:05

Oktyabrın 14-də Türkiyə ilə Ermənistan milli komandadaları arasında Bursada oynanan matça giriş üçün bilet tapa bilməyən bir qrup tərəfdar etiraz aksiyası keçirib.
Modern.az "CNN Türk"ə istinadən xəbər verir ki, Atatürk stadionu yanında toplanan təxminən 300 nəfərlik azarkeş qrupu, 4 saatlıq gözləyişin ardından, bilet tapa bilmədikləri səbəbiylə Türkiyə Futbol Federasiyası (TFF) əleyhinə şüarlar səsləndiriblər. Əllərindəki Türkiyə və Azərbaycan bayraqlarıyla "Bursada bir daha milli matç istəmirik", "Tərəfdar burada, biletlər harada?" şüarları səsləndirən etirazçıları polis zorla dağıdıb.
Qarşıdurma zamanı bir azarkeş yaralanaraq, xəstəxanaya çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi