Modern.az

ABŞ-ın tibb holdinqi Qarabağ separatçılarına 1,8 milyon dollarlıq yardım edəcək

ABŞ-ın tibb holdinqi Qarabağ separatçılarına 1,8 milyon dollarlıq yardım edəcək

Aktual

31 Avqust 2015, 16:14


ABŞ-ın ən böyük tibb holdinqlərindən olan “Prime Healh Management” Dağlıq Qarabağa maliyyə yardımı edəcək.

Modern.az ABŞ-ın erməni icmasına məxsus “Armenian Weekly” jurnalına istinadən xəbər verir ki, şirkət Qarabağ dəyəri 1,8 milyon dollar olan tibbi avadanlıqlar – çarpayılar, əməliyyat masaları, anasteoloji aparatlar və s. hədiyyə edəcək.  

ABŞ-ın Kanzas, Texas, Kaliforniya, Nevada və s. ştatlarında ümumilikdə 34 xəstəxanaya malik olan “Prime Healh Management” 30 mindən artıq işçisi var  

Şirkət rəsmi açıqlamasında Ermənistana və Dağlıq Qarabağa bu vaxta qədər 5 milyon dollar yardım etdiyi və bu yardımların gələcəkdə də davam edəcəyini vurğulayıb.


Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır