Modern.az

Qaçqınlar Şengen zonasına problem yaradır

 Qaçqınlar Şengen zonasına problem yaradır

31 Avqust 2015, 22:58

 

Modern.az xəbər verir ki, Avropada hələ də həllini tapmamış miqrantların köçü məsələsi, Şengen sazişinin gələcəkdə mövcudluğunu sual altına qoyur.

BBC-nin məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel bildirib: “Biz qaçqınların ədalətli bölüşdürülməsi məsələsində razılığa gələ bilməsək, əlbəttə ki, Şengen zonasının taleyi çoxları üçün yenidən gündəmə çevriləcək".

Yayın əvvəlindən etibarən Qərbi Avropa ölkələrinə keçməyə çalışan qanunsuz miqrantlarla bağlı Avropada bir neçə böyük qalmaqal yaşanmışdı.

Avqustun əvvəllərindən, bütün Avropa, Fransanın Kale limanından Eurotunnel vasitəsilə Britaniyaya daxil olmağa çalışan miqrantlar barədə danışır.

Ən son hadisə isə, ötən həftə yaşanmışdı. Belə ki, Vyanaya gedən avtobanın kənarında, yük maşınının içərisində səkkizi qadın, dördü uşaq olmaqla, 59 nəfərinin cəsədi aşkar edilib.

Miqrantların ölümündə şübhəli bilinən dörd şəxs Macarıstan dövləti tərəfindən həbs olunub.

Bazar ertəsi, Avstriya hakimiyyətinin ölkəyə daxil olan bütün yükləri yoxlamaq qərarından sonra, Budapeştdən Vyana gedən yolda 25 kilometr uzunluğunda tıxac yaranıb.  (Report.az)

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!