Modern.az

Gürcüstanın yeni xarici işlər nazirinin adı məlum oldu

Gürcüstanın yeni xarici işlər nazirinin adı məlum oldu

1 Sentyabr 2015, 12:49


Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni xarici işlər nazirinin adını səsləndirib.

Modern.az Gürcüstan mətbuatına istinadən səbər verir ki, bu posta Georgi Kvirikaşvili təyin olunub. Əvvəllər iqtisadiyyat naziri olan Kvirikaşvili bundan sonra ölkənin ədsas diplomatik idarəsinə rəhbərlik edəcək.  

İqtisadiyyat naziri isə Tbilisinin vitse-meri Dmitri Kumsişvili olacaq.

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri səlahiyyətlərini Tamara Beruçaşvili icra edirdi. O bu vəzifəyə 2014-cü ilin 11 noyabrında təyin olunub.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?